Sosial Fəaliyyətlər GYF-də 44 Günlük Vətən Müharibəsinə Həsr Edilmiş Kitab Təqdimatı Keçirilib

GYF-də 44 Günlük Vətən Müharibəsinə Həsr Edilmiş Kitab Təqdimatı Keçirilib

22

22 May 2022-ci ildə Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında Vasif Qurbanzadənin 44 günlük Vətən müharibəsinə həsr edilmiş “2914: Biz sülh istəyirdik” kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə tanınmış yazarlar, yeni nəsil araşdırmaçılar, ədəbiyyatsevərlər, gənc oxucular iştirak ediblər.

Tədbirin sonunda Gəncliyə Yardım Fondunun prezdenti Ahmet Tecim tərəfindən Vasif Qurbanzadəyə xatirə hədiyyəsi təqdim edilib.

Qeyd edək ki, kitabda Vətən müharibəsinin başladığı 26 sentyabr tarixindən dekabrın 10-da keçirilən Zəfər paradınadək olan hadisələrdən bəhs edilir. Arxa cəbhənin fəaliyyətinə geniş yer verilən kitabda müəllifin şahid olduğu hadisələr, fədakarlıqlar öz əksini tapıb.