Sosial Fəaliyyətlər Texnofestdə “Hər Uşaq Bir Çinardır” Layihəsinin Təqdimat Mərasimi Keçirilib

Texnofestdə “Hər Uşaq Bir Çinardır” Layihəsinin Təqdimat Mərasimi Keçirilib

173

27 may 2022-ci il tarixində Milli Texnologiya Həmləsi Teknofestin keçirildiyi Bakı Kristal Zalında Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizim Nazirliyi, Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqraba İcmalar İdarəsi (YTB), Gəncliyə Yardım Fondu (GYF) və Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının birgə əməkdaşlığı çərçivəsində Azərbaycan və Türkiyənin ortaq tarixi və mədəni dəyərlərinin yaşadılması və iki ölkə arasındakı mədəni əlaqələrin əsasını təşkil edən milli-mənəvi dəyərlərin gənc nəsillərə çatdırılması məqsədilə “Hər Uşaq Bir Çinardır!” layihəsinin təqdimnat mərasimi keçirilib. Tədbirlə dövlət rəsmiləri, elm adamları, millət vəkilləri, mətbuat xadimləri, şəhid övladları və müxtəlif məktəblərə oxuyan şagirlər iştirak edib. Tədbir Ağdam muğam məktəbinin üzvlərinin “Bayatı-şiraz” ifası ilə açıq elan edilib.

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim ilk olaraq bütün tədbir iştirakçılarını salamlayıb, həyata keçirilən layihə haqqında geniş məlumat verib və gənclərin cəmiyyətin gələcəyinin qurulmasında əhəmiyyətindən bəhs edib. Gənclərinin könlündə vətən, bayraq və millət sevgisi olan cəmiyyətlərin hər zaman uğur qazandığını qeyd edib.

Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqraba İcmalar İdarəsinin rəhbəri Abdullah Eren tarixdə iz qoyan rəhbər elm adamlarının həyat və yaradıcılığını özündə əks etdirən uşaq kitablarının hazrılanıb balaca oxuculara təqdim edilməsinin zəruriliyinə toxunub. O, xüsusi ilə də Texnofest ərəfəsində həyata keçirilən bu layihənin uşaqların Selçuk Bayraktarı yaxından tanımalarına və gələcəkdə onun həyatından ilham almalarına səbəb olacağını qeyd edib.

Millət vəkili Qənirə xanım Paşayeva öz çıxışında gələcəyin gəncləri olan uşaqlara bu həyatda sadəcə özləri üçün deyil, yaşadıqları cəmiyyət və insanlıq üçün faydalı işlər görməyi tövsiyə edib. Hər bir uşağa amallarının dövlət, vətən, millət olmasını və bunun üçün hər zaman oxumağın və öyrənməyin vacib olduğunu qeyd edib.

Təhsil naziri Emin Əmrullayev öz çıxışında tədbir təşkilatçılarına təşəkkür edib, uşaqların kiçik yaşlarından oxuma vərdişlərinə yiyələnməsinin vacibliyinə toxunub. O, eyni zamanda Gəncliyə Yardım Fondunun Azərbaycandakı uğurlu fəaliyyətlərini yüksək qiymətləndirib, YTB-nin rəhbəri Abdullah Eren bəyə Azərbaycan gəncliyinin qarşısında açdığı təhsil imkanlarına görə öz təşəkkürünü bildirib.

“Hər Uşaq Bir Çinardır!” adlı layihə çərçivəsində 11 adda Rəhbər elm adamları uşaq kitabı seriyasının təqdimatının bədii hissəsində isə 3 nömrəli Uşaq gənclər inkişaf mərkəzinin “Azəri inciləri” rəqs, vokal qrupu, 3 nömrəli C.Hacıyev adına 11 illik musiqi məktəbinin Renessans xor kollektivinin, Ağdam muğam məktəbinin üzvlərinin ifasında bir-birindən maraqlı və rəngarəng musiqi nömrələri təqdim edilib.

Tədbirin sonunda Gəncliyə Yardım Fondu tərəfindən təhsil naziri Emin Əmrullayayeva xatirə hədiyyəsi və təşkilat komitəsi adından Selçuk Bayraktara təqdim edilməsi üçün YTB rəhbəri Albdullah Eren bəyə Gəncliyə Yardım Fondu tərəfindən keçirilən “Uşaqların gözü ilə zəfərimiz” rəsm müsabiqəsində birinci yerin qalibinin rəsmi təqdim edilib.

Daha sonra tədbirdə iştirak edən uşaqlara  “Hər Uşaq Bir Çinardır!” layihəsi çərçivəsində hazırlanan dünya elminə öz elmi kəşfləri ilə dəyərli töhfələr verən Türk-müsəlman alimləri olan  Əziz Sancar, Xarəzmi, Cəzəri, Nəsrəddin Tusi, İbn Sina, İbn Batuta, Cabir bin Hayyan, Uluqbəy, Ağşəmsəddin, Həzərfan Əhməd Çələbi və Səlcuk Bayraktarın həyat və yaradıcılığına həsr edilmiş kitablar hədiyyə verilib və xatirə fotoları çəkib.