Təhsil Fəaliyyətləri Bakı İstedadlı Gənclər Akademiyasında Növbəti Seminar Keçirilib

Bakı İstedadlı Gənclər Akademiyasında Növbəti Seminar Keçirilib

10

Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə Gəncliyə Yardım Fondun H.Z. Tağıyev adına konfrans zalında Milli Elmlər Akademiyasının dosenti, f.f.d. Siracəddin Hacının təqdimatında “Halal qazanc” adlı seminar keçirilib.

BİGA-nın koordinatoru Şahalı Cəlilov  qonağı və tədbir iştirakçılarını salamlayaraq akademiyanın fəaliyyəti haqqında geniş məlumat verib. Daha sonra f.f.d. Siracəddin Hacı Hz. Peyğəmbərin (s.ə.s) həyatından nümunələrlə halal qazanc, onun insan həyatına müsbət təsirləri haqqında çıxış edib. Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələrin iştirak etdiyi seminarda natiq gənclərə həyatlarının növbəti mərhələlərində həyatlarını halal qazanc üzərində qurmağı tövsiyə edib.

Görüşün sonunda tələbələrin sualları cavablandırılıb, xatirə hədiyyəsi verilib və fotolar çəkilib.