Sosial Fəaliyyətlər Gəncliyə Yardım Fondunun İdarə Heyəti THY Bakı Ofisinin Yeni Nümayəndəsini Ziyarət Edib

Gəncliyə Yardım Fondunun İdarə Heyəti THY Bakı Ofisinin Yeni Nümayəndəsini Ziyarət Edib

6

Gəncliyə Yardım Fondunun idarə heyəti Türk Hava Yolları aviaşirkətinin Bakı ofisinə yeni təyinat almış Hamit Eldeleklioğlunu ziyarət edib. Ziyarət əsnasında Fondun prezindenti Ahmet Tecim Gəncliyə Yardım Fondunun Azərbaycandakı xeyriyyə fəaliyyətləri haqqında geniş məlumat verib.

Fondun Azərbaycandakı fəaliyyətlərini yüksək qiymətləndirən Hamit Eldeleklioğlu bəy cənab Ahmet Tecimə və nümayəndə heyətinə ziyarətlərindən dolayı dərin təşəkkürlərini bildirib.

Ahmet Tecim də öz növbəsində Türk Hava Yolları aviaşirkətinin Bakı ofisinə yeni təyin olunmuş Hamit Eldeleklioğlu bəyi yeni iş təyinatı münasibəti ilə təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Sonda Hamit Eldeleklioğlu bəyə xatirə hədiyyəsi təqdim edilib və foto çəkilib.