İnsani Yardım GYF Aziz Mahmud Hüdayi Vəqfi ilə Birlikdə 1000-dən Çox Ailəyə Ramazan Sovqatı...

GYF Aziz Mahmud Hüdayi Vəqfi ilə Birlikdə 1000-dən Çox Ailəyə Ramazan Sovqatı Paylayıb

23

Gəncliyə Yardım Fondu Türkiyənin Aziz Mahmud Hüdayi Vəqfinin dəstəyi ilə mübarək Ramazan ayı münasibətilə ehtiyac sahibi ailələrə qıda paketi yardımları etməyə davam edir.

Əvvəlcədən Fonda müraciət edən ailələr müəyyən edildikdən sonra qida paketləri Fondun əməkdaşları tərəfindən ehtiyac sahibi ailələrə yaşadıqları ünvanlarda təqdim edilib.

Qeyd edək ki, 1000 ailəyə paylanması nəzərdə tutulan qida paketlərinin 600 ədədi respublikanın müxtəlif rayonlarında digər hissəsi isə Bakı, Abşeron və Sumqayıt ərazilərində paylanıb.