Təhsil Fəaliyyətləri Gəncliyə Yardım Fondunda Məzuniyyət Proqramı Keçirilib

Gəncliyə Yardım Fondunda Məzuniyyət Proqramı Keçirilib

25

30 may 2024-cü il Gəncliyə Yardım Fondunun H.Z.Tağıyev adına konfrans zalında Fondun rəhbərliyi, müəlllimlər, məzunlar və onların valideynlərinin iştirakı ilə məzuniyyət proqramı keçirilib. Tədbir şəhidlərin əziz xatirəsinin 1 dəqiqəlik sukutla yad edilməsi, Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə açıq elan edilib.

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim əvvəlcə hər bir məzunu səmimi qəlbdən təbrik edib, onlara gələcək iş və ailə həyatlarında müvəffəqiyyərlər arzulayıb. Ahmet Tecim çıxışında zamanın bir göz qırpımında keçib getdiyini, məzun olan tələbələrin ilk günlərini xatırladığını ifadə edib. Onların akademiyada sosial-mədəni fəaliyyətlərdə aktiv işitak etdiklərini, milli-mənəvi dəyərlərə bağlı bir nəsil olaraq yetişdiklərini, dünyagörüşlərini inkişaf etdirdiklərini qeyd edib.

Gəncliyə Yardım Fondunun Bakı Təhsil koordinatoru Nizami Əfəndiyev tələbələrin həyatlarında ilk mərhələnin sona çatdığını, məzun olduqlarını, amma növbəti bir mərhələnin başladığını qeyd edib. Onlara müvəffəqiyyətlər arzulayan Nizami Əfəndiyev sonrakı həyatlarında da üzlərinə fondun qapısının daim açıq olduğunu bildirib.

Rüfət Şirinov, Fuad Quliyev, Eldəniz Salmanov və Həsən Rəşidov çıxış edərək tələbələr gələcək həyatlarında müvəffəqiyyətlər arzulayıblar. Daha sonra tələbələr Fondun onlara yaratdığı imkanlardan və xeyriyyə fəaliyyətlərindən danışıblar.

Tədbirin sonunda məzunlar və onların fəaliyyətləri haqqında videoçarx nümayiş etdirilib, Fond tərəfindən xatirə hədiyyələri və fəxri doplomlar təqdim edilib.