Sosial Fəaliyyətlər Türkiyə Təhsil Nazirliyinin Sabiq Baş Direktoru Gəncliyə Yardım Fondunun Qonağı Olub

Türkiyə Təhsil Nazirliyinin Sabiq Baş Direktoru Gəncliyə Yardım Fondunun Qonağı Olub

42

Türkiyə Respublikası Təhsil Nazirliyinin Özəl Təhsil Müəssisələri üzrə sabiq baş direktoru, Dr. Muammer Yıldız Gəncliyə Yardım Fondunun qonağı olub. Dr. Muammer Yıldız Fondun rəhbərliyi və əməkdaşları ilə görüş keçirib.

Görüş zamanı Gəncliyə Yardım Fondunun rəhbəri Salih Zeki Meriç qurumun həyata keçirdiyi humanitar yardım, sosial və təhsil layihələri, eləcə də Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıq münasibətlərinin möhkəmləndirilməsinə xidmət edən təşəbbüslər barədə ətraflı məlumat verib. O bildirib ki, Fond gənclərin hərtərəfli inkişafına dəstək göstərilməsi, onların sosial fəallığının artırılması və milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi istiqamətində mühüm fəaliyyət həyata keçirir. Bu baxımdan gənclərin keyfiyyətli təhsil imkanlarına çıxışının genişləndirilməsi prioritet istiqamətlərdən biri kimi müəyyən edilib.

Öz növbəsində çıxış edən Dr. Muammer Yıldız Gəncliyə Yardım Fondunun fəaliyyətini yüksək qiymətləndirərək həyata keçirilən layihələrin gənclərin inkişafına mühüm töhfə verdiyini qeyd edib. O, Fond ilə mümkün əməkdaşlıq perspektivlərini müsbət dəyərləndirdiyini vurğulayıb və qurumun gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı qarşılıqlı fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq imkanları müzakirə olunub.