Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə “Stressiz gənclik: daha rahat və güclü sən” mövzusunda seminar keçirilib.
Seminarın təlimçisi psixoloq İbrahim Yusifov çıxış edərək stressin yaranma mexanizmləri, onun psixoloji və fizioloji təsirləri, eləcə də uzunmüddətli gərginliyin insan davranışına və sosial münasibətlərə təsiri barədə geniş məlumat verib.
O, eyni zamanda, stresin idarə olunmasında istifadə edilən elmi əsaslı yanaşmalar, nəfəs və rahatlama texnikaları, vaxtın düzgün planlaşdırılması və emosional özünütənzimləmə metodları haqqında iştirakçıları məlumatlandırıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.












