Sosial Fəaliyyətlər Gəncliyə Yardım Fondunun Rəhbərliyi Xocalı Soyqırımı Abidəsini Ziyarət Edib

Gəncliyə Yardım Fondunun Rəhbərliyi Xocalı Soyqırımı Abidəsini Ziyarət Edib

15

Fervalın 26-da Gəncliyə Yardım Fondunun rəhbərliyi Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət ediblər. Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Prof. Dr. Birol Akgünün iştirakı ilə bu dəhşətli soyqırımın qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib, abidənin önünə gül dəstələri düzülüb.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xocalı şəhərini yerlə-yeksan edib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.