Sosial Fəaliyyətlər GYF Nümayəndələri NAYORA-nın Sədri ilə Görüşüb

GYF Nümayəndələri NAYORA-nın Sədri ilə Görüşüb

28

Gəncliyə Yardım Fondunun İctimaiyyətlə Əlaqələr Şöbəsinin nümayəndələri Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev və baş katib Ramin Həbibzadə ilə görüşüb. Fond nümayəndələri Azər Əliyevi NAYORA-nın yaranmasının 26-cı il münasibəti ilə təbrik edib və ona yenidən seçildiyi NAYORA sədri vəzifəsində uğurlar arzulayıblar.

Görüşdə hər iki təşkilatın fəaliyyəti, görülən və yaxın gələcəkdə görüləcək işlər barədə məlumatlar verilib, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və Gəncliyə Yardım Fondunun yeni əməkdaşlıq məsələləri müzakirə edilib.