Bu gün Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin və Yeni Azərbaycan Partiyasının qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq Gəncliyə Yardım Fonunun idarə heyətinin üzvləri və əməkdaşları Fəxri Xiyabanda ümummilli liderin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Qeyd edək ki, 2023-ci il Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən “Heydər Əliyev ili” elan edilib.