Sosial Fəaliyyətlər Beynəlxalq Füzuli Simpoziumunun İştirakçıları GYF-nin Qonağı Olub

Beynəlxalq Füzuli Simpoziumunun İştirakçıları GYF-nin Qonağı Olub

46

14-15 oktyabr tarixlərində Xəzər Universiteti və Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun (MƏFAİ) təşkilatçılığı ilə keçirilən dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr edilmiş “Füzuli Poeziyası İrfan və Ümumbəşəri Mənəvi Dəyərlə İşığında” mövzusunda beynəlxalq simpoziumun iştirakçıları Gəncliyə Yardım Fondunun qonağı olub.

Görüşdə Konya Mövlana Muzeyinin müdiri Dr. Naci Bakırcı, Bakı Dövlət Universisteti Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının dosenti Əsmətxanım Məmmədova, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Komparativistika və bədii tərcümələr şöbəsinin müdiri professor Şəfəq Əlibəyli, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin baş elmi işçisi, Xəzər Universiteti Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun müdiri Dos. Nəzakət Məmmədli, AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu İran filologiyası şöbəsinin elmi işçisi Fidan Nəsirova, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Təhsil şöbəsinin müdiri dosent Xatirə Yusifova, Xəzər Universiteti Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutu, elmi işçi Fəridə Seyidova və Gəncliyə Yardım Fondunun nümayənləri iştirak edib.

Gəncliyə Yardım Fondunun mətbuat xidmətinin rəhbəri Dr. Eldar Kərimov qonaqlara Fondun həyata keçirdiyi xeyriyyə, humanitar yardım, təhsil, sosial fəaliyyətləri ‎haqqında geniş məlumat verib və Gəncliyə Yardım Fondunun fəaliyyətlərini özündə ehtiva edən video çarx təqdim edilib.

Qonaqlar da öz növbələrində Fond rəhbərliyinə bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını ‎bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində ‎uğurlar arzulayıb.‎

Daha sonra Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr edilmiş “Füzuli Poeziyası İrfan və Ümumbəşəri Mənəvi Dəyərlə İşığında” mövzusunda beynəlxalq simpoziumun yekun dəyərləndirilməsi istiqamətində müzakirə baş tutub.