Heydər Əliyevin vəfatından doqquz il ötür

Azərbaycanın bölgələrində, o cümlədən xarici ölkələrdə anım mərasimləri keçirilir      Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 9 il keçir. Azərbaycanın bütün bölgələrində, o cümlədən paytaxt Bakıda Heydər Əliyevin anım mərasimləri təşkil olunur. Dövlət qurumları, siyasi partiyalar, qeyri-hökumət təşkilatları, media orqanları və ictimaiyyətin nümayəndələri Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət edirlər. Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diaspora...

“Sən tək deyilsən” adlı xeyriyyə tədbiri keçirildi

 Bu gün “Beynəlxalq Əlillər Günü” münasibətilə Gəncliyə Yardım Fondunda  “Sən tək deyilsən” adlı xeyriyyə tədbiri keçirilib.      Bir insanı sevindirməyin nə qədər dəyərli bir əməl olduğunu hər birimiz çox yaxşı bilirik. Hələ sevindirdiyimiz insanın fiziki qüsurlu olması, özünü kifayət qədər istədiyi kimi idarə edə bilməməsi və onun digər insanlardan daha çox qayğıya ehtiyacı olması işin əhəmiyyətinin daha da böyüklüyündən...

Gəncliyə Yardım Fondu Gənclər Təşkilatlarının IV Respublika sərgisində fəal təmsil olunub

 “Bakı Ekspo” sərgi kompleksində üç gün davam edən Gənclər Təşkilatlarının IV Respublika sərgisi 30 noyabr tarixində öz işini yekunlaşdırıb. Sərgidə 76 gənclər təşkilatı iştirak edərək öz fəaliyyətləri barədə sərgi ziyarətçilərini məlumatlandırıblar.      Gəncliyə Yardım Fondu da sərgidə ən fəal şəkildə təmsil olunub. Gəncliyə Yardım Fondunun pavilionunda ziyarətçilərə təşkilatın fəaliyyəti və həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verilib. Ziyarətçilər eyni...

Gəncliyə Yardım Fondu Dil kurslarına qəbul

ELAN Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu Dil kurslarına İngilis, Rus və Ərəb Dilləri, Muhasibat, Ney, Komputer (Photoshop, Autocad, Corel DRAW, Microsoft Office), Ebru Sənəti, Converstion kurslarına təhsil almağa dəvət edir. Tələb olunan sənədlər aşağıdakılardır : 1)   3x4 ölçüdə rəngli foto şəkil 2)  Şəxsiyyəti təsdiq edən hər hansı bir sənəd Tarix : 20.11.12-dən 14.12.12-dək Əlaqə telefonu: (012) 492 32 23

Bakıda “Keçmişdən Günümüzə Azərbaycan və Türkiyədə Xeyriyyəçilik Ənənəsi QARDAŞ KÖMƏYİ” simpoziumu keçirildi

1915-ci ildə Bakıda Anadolu Türkünün Qurtuluş mübarizəsinə dəstək vermək məqsədiylə Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti liderliyində “Qardaş Köməyi (Yardımı)” fəaliyyəti başlamışdır. Bu təşkilatın 1917-ci ildə “Qardaş Köməyi” jurnalını nəşr etmə təşəbbüsü nəticəsində Anadolunun qurtuluş müharibəsinə dəstək məqsədiylə Bakıda minlərlə şəxs toplanmış, toplanan bu insanlar pullarını, qızıllarını və ailələrinin ziynət əşyalarını Anadoluya çatdırmaq üçün adı zikr olunan təşkilata vermişdilər. Qardaşlıq hissələrinin Azərbaycan-Türkiyə hətta türk dünyası üçün...

“Keçmişdən Günümüzə Azərbaycan və Türkiyədə Xeyriyyəçilik Ənənəsi QARDAŞ KÖMƏYİ” simpoziumu

   Bu gün Azərbaycan xalqı istər əsrin əvvələrində, 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətini, istərsədə əsrin sonunda 1991-ci ildə dövlət müstəqilliyini əldə etmiş Azərbaycan Respublikasını tanıyan ilk dövlətin qardaş Türkiyə olduğunu böyük bir minnətdarlıq hissi ilə xatırlamaqdadır. 1915-ci ildə Bakıda Anadolu Türkünün Qurtuluş mübarizəsinə dəstək vermək məqsədiylə Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti liderliyində “Qardaş Köməyi (Yardımı)” fəaliyyəti başlamışdır.  Bu təşkilatın 1917-ci ildə “Qardaş Köməyi” jurnalını...

GƏNCLİYƏ YARDIM FONDUNUN QURBAN FƏALİYYƏTİ

5000-dən artıq ailəyə qurban əti paylandı Məlum olduğu kimi Gəncliyə Yardım Fondu milli və mənəvi cəhətdən əlamətdar hesab olunan günlərdə xüsusi yardıma ehtiyacı olan insanlara yardımlar edir. Dünya müsəlmanlarının müqəddəs bayramlarından olan Qurban bayramı münasibəti ilə də öz fəaliyyətlərini davam etdirməktədir. Belə ki, Gəncliyə Yardım Fondu qurban kəsmək və paylamaq fəaliyyətinə 1994-cü ildən başlamışdır. Fondumuz o zamandan etibarən də hər il...

GYF-nin nümayəndələri İsmayıllıda əlillərlə görüşüb

  Gəncliyə Yardım Fondunun əməkdaşları o cümlədən fondun vitse-prezidenti Salman Əliyev İsmayıllı rayonunda iki əlil ailəsi ilə görüşüb. Əlil arabası tələbilə fonda ünvanlanan məktublar əsasında bölgəyə səfər edən nümayəndə heyəti tələb olunan əlil arabalarını bir başa əlil həmvətənlərimizə təqdim ediblər.      Görüş əsnasında bir neçə ildir əlil arabasına məhkum olan 1959-cu il təvəllüdlü Bədirov Vaqif Niyaz oğlu və 1979-cu il...

Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA) başqanı Dr. Serdar Çam Fondumuzu ziyarət edib

04.10.2012-ci il tarixində Azərbaycanda rəsmi və işgüzar səfərdə olan Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA) başqanı Dr. Serdar Çam Gəncliyə Yardım Fondunu ziyarət edib. Fondun rəhbərliyi ilə görüşən qonaqlara günü gündən inkişaf edən Azərbaycan haqqında geniş məlumat verilib.  Çay süfərsi ərtafında davam edən görüşdə Fondun həyata keçirdiyi fəaliyyətləri özündə əks etdirən video-rolik nümayiş etdirilb.  Görüşdə iştirak edən T.C. Türk Əməkdaşlıq və İnkişaf...

Afrika nümayəndə heyəti “GYF” nin qonağı olub

23-29 sentyabr  tarixləri arası Azərbaycanın Misirdəki səfirliyi, Afrika İttifaqı yanında müşahidə missiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Afrika İttifaqının rəhbərliyi altında Afrika dövlətlərinin gənc mütəxəssislərinin ölkəmizə səfəri baş tutub. Səfər çərçivəsində Afrika İttifaqı Komissiyasının əməkdaşları və Efiopiya, Kamerun, Misir, Benin, Svazilend, Keniya, Sudan, Nigeriya, Qabon, Mozambik və s. ölkələrin nümayəndələri Gəncliyə Yardım Fondunun nümayəndələri ilə görüşüblər. Görüşdə Gəncliyə...