Millət vəkilləri tələbələrimizi nailiyyətlərinə görə təbrik etdilər

  Bu gün Gəncliyə Yardım Fondunun konfrans zalında fondun nəzdində təşkil olunmuş növbəti kompyuter, ingilis dili, rus dili və ebru kurslarını müvəffəqiyyətlə bitirmiş müdavimlərə sertifikatların təqdim olunması mərasimi keçirilmişdir.     Tədbir Azərbaycan respublikasının dövlət himni ilə açıq elan edildi.     Mərasimdə giriş sözü ilə çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim tədbirdə iştirak edən bütün qonaqları salamladı və qloballaşan...

Millət vəkili Qənirə Paşayeva Gəncliyə Yardım Fondu mənim üçün doğma bir məkandır!

  “Türk Ocaqları”nın 100 illiyi ilə bağlı Azərbaycanda səfərdə olan Türkiyədən gəlmiş nümayəndə heyəti və Millət vəkili Qənirə Paşayeva Gəncliyə Yardım Fondunun qonağı olublar. Fondun fəaliyyəti ilə yaxından tanış olan qonaqlar bu uğurlu fəaliyyətlərə görə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecimə təşəkkürlərini bildiriblər. Qonaqların şərəfinə fondun konfrans zalında yemək süfrəsi açılıb.  Tədbirdə çıxış edən Millət vəkili Qənirə Paşayeva Gəncliyə Yardım...

TİKA nümayəndə heyəti Gəncliyə Yardım Fondunun qonağı olub

Türkiyə Nazirlər Kabineti yanında Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA)  sədr müavini Mehmet Süreyya Ərin rəhbərliyi altında Azərbaycanda rəsmi-işgüzar səfərdə olan nümayəndə heyəti Gəncliyə Yardım Fondunun qonağı olub.  Fondun rəhbərliyi ilə görüşən qonaqlara günü gündən inkişaf edən Azərbaycan haqqında geniş məlumat verilib.  Çay süfərsi ərtafında davam edən görüşdə Fondun həyata keçirdiyi fəaliyyətləri özündə əks etdirən video-rolik nümayiş etdirilb.  Görüşdə iştirak edən...

Dünya Azərbaycanlı Gənclər Birliyinin Təsis Qurultayı Öz İşinə Başlayıb

Bu gün “Gülüstan” Sarayında Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı keçirilir. Qurultay iştirak- çıları ilk öncə Ulu öndər Heydər Əliyevin Fəxri xiyabanda qəbirüstü abidəsi önünə gül-çiçək dəstələri düzüblər, daha sonra Şəhidlər xiyabanını ziyarət ediblər.     Qurultayda Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və Fondun vitse-prezidenti Salman Əliyev iştirak etmişdir.      Məlumat üçün bildirək ki, qurultayda xaricdə yaşayan azərbaycanlı gənclər tərəfindən...

Azərbaycan və Türkiyə xanımlarının birgə əməyinin bəhrəsi olan ənənəvi IX əl işləri Xeyriyyə Sərgisinin açılış mərasimi keçirildi

 Martın 7-də Gəncliyə Yardım Fondunda Azərbaycan və Türkiyə xanımlarının birgə əməyinin bəhrəsi olan ənənəvi IX əl işləri Xeyriyyə Sərgisinin açılış mərasimi keçirilib.     Tədbirdə bildirilib ki, hər il ənənəvi olaraq Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə “Azərbaycan və Türkiyə xanımlarının əl işləri Xeyriyyə Sərgisi” təşkil edilir. Sərgidən əldə olunan gəlir Azərbaycan xalqının milli və sosial...

İƏT-ə üzv dövlətlərin beyin mərkəzlərinin III Forumunda iştirak edən bir qrup nümayəndə heyəti GYF-ni ziyarət ediblər

Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin beyin mərkəzlərinin III Forumunda iştirak edən Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) sədri cənab Süleyman Şənsoy və Strateji Araşdırmalar Mərkəzinin (SAM)...  sədr müavini cənab Məsut Özcanın rəhbərliyi altında bir qrup nümayəndə heyəti Gəncliyə Yardım Fondunda olublar.  Fondun prezidenti cənab Ahmet Tecim qonaqlara fondun fəaliyyətləri haqqında geniş məlumat verib. Fondun fəaliyyətləri ilə yaxından tanış olan qonaqlar...

“Azərbaycan Və Türkiyə Xanımlarının Birgə Əməyinin Bəhrəsi Olan Ənənəvi IX Əl İşləri Xeyriyyə Sərgisinə Dəvət Edirik…

Hər il ənənəvi olaraq Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə “Azərbaycan və Türkiyə xanımlarının əl işləri Xeyriyyə Sərgisi” təşkil edilir. Sərgidən əldə olunan gəlir Azərbaycan xalqının milli problemlərinə həsr olunur. Belə ki,  keçən illərdə təşkil edilən sərgilər; “Xocalıya Yardım", "Qarabağ Suallar və Faktlar" kitabının nəşri, "Yeddi Uşaq Evinə Yardım", "Qocalar Evinə Yardım", "Uşaqlar Arasında Dişlərə Qulluq Mədəniyyətinin Formalaşması", "Qarabağ Suallar və Faktlar" kitabının türk...

Taksim Meydanında Xocalı Soyqırımı İlə Bağlı Yürüş Başa Çatdı

 İstanbulun “Taksim” meydanında Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş aksiya başa çatıb. Aksiyada Gəncliyə Yardım Fondunun nümayəndələri də iştirak ediblər. Aksiyanın sonunda qətnamə oxunub. Qətnamədə 1992-ci il fevralın 26-da ermənilərin Azərbaycanın Xocalı şəhərində soyqırımı törədikləri vurğulanıb...

Gəncliyə Yardım Fondunun nümayəndələri “Xocalını Unutma” devizi altında Türkiyədə silsilə tədbirlər keçirib.

26 fevral 14:00-da  Xocalı soyqırımının 20 illiyi ilə əlaqədar Taksim meydanında təşkil ediləcək yürüşdə iştirak etmək və insanlara Azərbaycan həqiqətlərini çatdırmaq üçün Gəncliyə Yardım Fondunun nümayəndələri “Xocalını Unutma” devizi altında Türkiyədə silsilə tədbirlər keçirib.       Tədbirdə bir çox hökumət və qeyri hökumət təşkilatlarının nümayəndələri, nüfuzlu elm adamları və müxtəlif universitetlərin tələbələri iştirak edib.       Əvvəlcə vətənimizin azadlığı uğrunda canlarını...

Müharibə uşaqların gözü ilə

Bu gün Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə  Xocalı Soyqrırımının XX ildönümünə həsr olunmuş “Müharibə uşaqların gözü ilə” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilmişdir.    Tədbirdə Xocalı faciəsini əks etdirən foto sərgi təşkil edilmiş, Xocalı faciəsini dünya ictimaiyyətinə tanıtmaq üçün beynəlxalq təşkilatların e-mail ünvanlarına Xocalı faciəsini əks etdirən tam məlumatlar göndərilmişdir.    Vətənimizin...