Daha Bir Azyaşlının Üzü Güldü

İnsanları sevmək, onlara qayğı göstərmək, ən azından onların dərdlərinə şərik olmaq, bununla yanaşı öz yurd- yuvalarından didərgin düşmüş soydaşlarımıza, onların timsalında imkansız ailələrə imkanımızın çatdığı qədər yardımların edilməsi ən azından insanlıq və vətəndaşlıq borcumuzdur. Bu ülvi qayəni qarşısına məqsəd qoyan Gəncliyə Yardım Fondu 2003-cü il təvəllüdlü Oruczadə Nurlan Namiq oğlunun əlil arbasına olan ehtiyacını qarşılamışdır. Anadangəlmə I qrup əlil olan...

Məktəblilərin “ Nə Harada Nə zaman” oyunu keçirilib

12.01.2013-cü il tarixində Gəncliyə Yardım Fondunda məktəblilər arası “Nə,? Harada? Nə zaman?” oyunu üzrə “Bakı turniri” keçirilib. “Gəncliyə Yardım Fondu”, “İrəli Məktəb Parlamenti” və “Xəzər İntellektual Gənclər Klubu” nun birgə təşkilatçılığı ilə baş tutub. Turnirdə çıxış edən Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev deyib ki, məktəblilərin bu gün bu cür turnirdə iştirakı onlar üçün böyük imtahandır.  Həmçinin, o məktəblilərə uğurlar arzulayb. İrəlinin baş...

GYF Milli QHT Forumunun Fəxri Fəramnına layiq görüldü

 Gəncliyə Yardım Fondu, Milli Qeyri-Hökümət Təşkilatları Forumunun VIII Qurultayında Vətəndaş Cəmiyyətinin İnkişafında göstərdiyi xidmətlərinə görə fəxri fərmanla təltif edilib. Fəxri fərman Forumun sədri Rauf Zeyni tərəfindən Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyevə təqdim edilib.      Qeyd edək ki, bu gün Milli Qeyri-Hökümət Təşkilatları Forumunun sıralarında 601 QHT birləşir. Eyni zamanda  Forum tək ölkə daxilində deyil, beynəlxalq səviyyədə də tanınır...

TƏBRİK

 Azərbaycan xalqını "31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" və "Yeni İl" münasibətilə təbrik edir, sülh və əminamanlıq arzulayırıq! Gəncliyə Yardım Fondunun Kollektivi

Həmrəylik Günü Münasibətilə GYF Tələbələri Sevindirdi

Bu gün Gəncliyə Yardım Fondunun konfrans zalında fondun nəzdində təşkil olunmuş növbəti kompyuter, ingilis dili, rus dili və ebru kurslarını müvəffəqiyyətlə bitirmiş müdavimlərə sertifikatların təqdim olunması mərasimi keçirilmişdir.     Tədbir Azərbaycan respublikasının dövlət himni ilə açıq elan edildi.     Mərasimdə giriş sözü ilə çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim tədbirdə iştirak edən bütün qonaqları salamladı və qloballaşan dünyada xarici...

Heydər Əliyevin vəfatından doqquz il ötür

Azərbaycanın bölgələrində, o cümlədən xarici ölkələrdə anım mərasimləri keçirilir      Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 9 il keçir. Azərbaycanın bütün bölgələrində, o cümlədən paytaxt Bakıda Heydər Əliyevin anım mərasimləri təşkil olunur. Dövlət qurumları, siyasi partiyalar, qeyri-hökumət təşkilatları, media orqanları və ictimaiyyətin nümayəndələri Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət edirlər. Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diaspora...

“Sən tək deyilsən” adlı xeyriyyə tədbiri keçirildi

 Bu gün “Beynəlxalq Əlillər Günü” münasibətilə Gəncliyə Yardım Fondunda  “Sən tək deyilsən” adlı xeyriyyə tədbiri keçirilib.      Bir insanı sevindirməyin nə qədər dəyərli bir əməl olduğunu hər birimiz çox yaxşı bilirik. Hələ sevindirdiyimiz insanın fiziki qüsurlu olması, özünü kifayət qədər istədiyi kimi idarə edə bilməməsi və onun digər insanlardan daha çox qayğıya ehtiyacı olması işin əhəmiyyətinin daha da böyüklüyündən...

Gəncliyə Yardım Fondu Gənclər Təşkilatlarının IV Respublika sərgisində fəal təmsil olunub

 “Bakı Ekspo” sərgi kompleksində üç gün davam edən Gənclər Təşkilatlarının IV Respublika sərgisi 30 noyabr tarixində öz işini yekunlaşdırıb. Sərgidə 76 gənclər təşkilatı iştirak edərək öz fəaliyyətləri barədə sərgi ziyarətçilərini məlumatlandırıblar.      Gəncliyə Yardım Fondu da sərgidə ən fəal şəkildə təmsil olunub. Gəncliyə Yardım Fondunun pavilionunda ziyarətçilərə təşkilatın fəaliyyəti və həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verilib. Ziyarətçilər eyni...

Gəncliyə Yardım Fondu Dil kurslarına qəbul

ELAN Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu Dil kurslarına İngilis, Rus və Ərəb Dilləri, Muhasibat, Ney, Komputer (Photoshop, Autocad, Corel DRAW, Microsoft Office), Ebru Sənəti, Converstion kurslarına təhsil almağa dəvət edir. Tələb olunan sənədlər aşağıdakılardır : 1)   3x4 ölçüdə rəngli foto şəkil 2)  Şəxsiyyəti təsdiq edən hər hansı bir sənəd Tarix : 20.11.12-dən 14.12.12-dək Əlaqə telefonu: (012) 492 32 23

Bakıda “Keçmişdən Günümüzə Azərbaycan və Türkiyədə Xeyriyyəçilik Ənənəsi QARDAŞ KÖMƏYİ” simpoziumu keçirildi

1915-ci ildə Bakıda Anadolu Türkünün Qurtuluş mübarizəsinə dəstək vermək məqsədiylə Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti liderliyində “Qardaş Köməyi (Yardımı)” fəaliyyəti başlamışdır. Bu təşkilatın 1917-ci ildə “Qardaş Köməyi” jurnalını nəşr etmə təşəbbüsü nəticəsində Anadolunun qurtuluş müharibəsinə dəstək məqsədiylə Bakıda minlərlə şəxs toplanmış, toplanan bu insanlar pullarını, qızıllarını və ailələrinin ziynət əşyalarını Anadoluya çatdırmaq üçün adı zikr olunan təşkilata vermişdilər. Qardaşlıq hissələrinin Azərbaycan-Türkiyə hətta türk dünyası üçün...