GYF-də Qədim Qurani-Kərim Sərgisinin Açılış Mərasimi Keçirilib
Qədim Quran Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunun H. Z. Tağıyev adına konfrans zalında qədim Qurani-kərim sərgisinin açılış mərasimi keçirilib. İlahiyyatçılar, elm adamları, QHT rəhbərləri və media nümayəndələrinin iştirakı ilə keçirilən tədbir qari İlkin Həsənzadənin ifasında Qurani-kərim tilavəti ilə açıq elan edilib. Açılış nitqində Qədim Quran Araşdırmalar Mərkəzinin rəhbəri Nəhayət Hüseynova çıxış edərək sərgininin keçirilməsində dəstək olan Gəncliyə Yardım...
Gəncliyə Yardım Fondunda “Mədəniyyətimizdə Ailə Dəyərləri” Adlı Tədbir Keçirilib
27 yanvar tarixində Gəncliyə Yardım Fondunda İrfan jurnalının təşkilatçılığı ilə "Mədəniyyətimizdə ailə" adlı tədbir keçirilib. Tədbirdə Türkiyə Cümhuriyyətinin Bakı Böyükelçiliyinin Din Xidmətləri müşaviri İhsan Açık, ölkəmizdə səfərdə olan elm və din adamları - Katib Çələbi Universitetinin rektoru Prof. Dr. Saffet Köse, Konya İl Müftüsü Prof. Dr. Ali Öge, Üsküp Din Xidmətləri Müşaviri Mustafa Bodur, "Mehr Vəqfi" başqanı Mustafa Özdemir,...
GYF-də Effektiv Təlim-Tədris Metodları Seminarı Keçirilib
İGEDER İstanbul Gönüllü Eğitimciler Derneği və Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə Fondun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında İGEDER dərnəyinin idarə heyətinin üzvü Süleyman Tanrıverdinin təqdimatında effektiv təlim-tədris metodlarına həsr olunmuş silsilə seminarlar kiçirilib. İki gün davam edən seminarda Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən təhsil işçiləri iştirak edib. Seminarlarda müəllimin xüsusiyyətləri və rolu, kollektiv işin əhəmiyyəti, təhsildə liderliyin sirrləri,...
GYF Kollektivi Şəhidlər Xiyabanını Ziyarət Edib
Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun bütün kollektivi Şəhidlər Xiyabanına gələrək 20 yanvar faciəsinin qurbanlarının məzarlarını ziyarət edib, məzarlar üzərinə tər qərənfillər düzüblər. Qeyd edək ki Fond, qurulduğu gündən bu günə qədər mütəmadi olaraq vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhid və qazilərimizin ailələrini ziyarət edir və onlara humanitar yardımların göstərilməsinə dəstək olur.
“Tariximizdən Günümüzə İrfan Mədəniyyətimiz Və Könül Ərləri” Adlı Tədbir Keçirilib
Gəncliyə Yardım Fondunun və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Mövlanə Cəlaləddin Ruminin vəfatının 750-ci il dönümünə həsr olunmuş “Tariximizdən Günümüzə İrfan Mədəniyyətimiz və Könül Ərləri” adlı tədbir keçirilib. Tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, QHT sədrləri, Türkiyə səfirliyinin müşavirləri və mətbuat nümayəndələri iştirak edib. Torpaqlarımızın azadlığı uğrudan canlarından keçən şəhidlərin əziz xatirəsi 1...
Türkiyə Diyanət Vəqfinin Nümayəndə Heyəti GYF-ni Ziyarət Edib
Türkiyə Din Hizmətləri Müşavirliyinin dəvəti ilə Azərbaycanda səfərdə olan Bursa Osmanqazi müftisi Mehmet Açık, Mehrablı Külliyə məscidinin imamı Hasan Akdağoğlu, Şəhadət məscidinin imamı Abdulkadir Açık ve Ulu Camii müəzzini Adem Saygılı Gəncliyə Yardım Fondunu ziyarət ediblər. Ziyarət çərçivəsində Fond rəhbərliyi və əməkdaşları ilə görüş təşkil edilib. Görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Doç. Dr. Cahit Bağcı və Din Hizmətləri...
Mövlanə İlinə Həsr Edilmiş “Aşkın Zamanı” Adlı Tədbir Keçirilib
Türk Dünyası İqtisad Fakültəsinin və Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə Mövlanə Cəlaləddin Ruminin 750-ci ildönümünə həsr olunmuş “Aşkın Zamanı” adlı tədbir keçirilib. Tədbirdə Türk Dünyası İqtisad Fakültəsinin dekanı Prof. Dr. Mehmet Yücel, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Doç. Dr. Cahit Bağcı, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun mədəniyyət və nəşriyyat üzrə məsləhətçisi Nuri Aksu, yazar Fərid Hüseyn,...
Belçika Türk-İslam Birliyinin Nümayəndə Heyəti GYF-ni Ziyrət Edib
Belçika Türk-İslam Birliyinin başqanı Bilal Darıyeri və nümayəndə heyəti Gəncliyə Yardım Fondunu ziyarət edib. Ziyarət əsnasında Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qonaqlara Fondun humanitar, sosial və təhsil fəaliyyətləri haqqında ətraflı məlumat verib. Belçika Türk-İslam Birliyinin başqanı Bilal Darıyeri Fond rəhbərliyinə və kollektivinə bu cür xeyriyyə tədbirlərini həyata keçirdiklərinə, gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını bildirib və gələcək...
BİGA-da Azərbaycan Türkiyə Diplomatik Əlaqələri və Təhsil Adlı Seminar Keçirilib
Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə “Azərbaycan Türkiyə Diplomatik Əlaqələri və Təhsil” mövsuzunda seminar keçirilib. Seminarda Türkiyə Maarif Vəqfinin Azərbaycan nümayəndəsi Dr. Serdar Gündoğan mühazirəçi qismində çıxış edib. Bakı İstedadlı Gənclər Akademiyasının koordinatoru Şahalı Cəlilov seminar iştirakçılarını salamlayaraq qonaq haqqında məlumat verib. Daha sonra çıxış edən Serdar bəy tələbələrə əvvəlcə Türkiyə və Azərbaycanın siyasi əlaqlərindən və bu əlaqələrin təhsil sahəsindəki rolundan...
TRT-nin Müşaviri Gəncliyə Yardım Fondunu Ziyarət Edib
TRT-nin Strateji Araşdırmalar şöbəsinin müşaviri İbrahim Eroğlu və TRT Bakı nümayəndəsi Murat Akkoç Gəncliyə Yardım Fondunu ziyarət edib. Gəncliyə Yardım Fondunun icraçı katibi Sedat Demir qonaqlara Fondun humanitar, sosial və təhsil fəaliyyətləri haqqında ətraflı məlumat verib, fəaliyyətlərin sahəsinin zamanla genişləndiyini, Fondun xüsusi ilə Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına vətəndaş cəmiyyəti olaraq töhfə verməyə çalışdığını və bu istiqamətdə layihələr həyata keçirdiyini qeyd edib. İbrahim Eroğlu...