Sosial Fəaliyyətlər GYF və İstanbul Mədəniyyət Universiteti Arasında İlkin Əməkdaşlıq Memorandumu İmzalanıb

GYF və İstanbul Mədəniyyət Universiteti Arasında İlkin Əməkdaşlıq Memorandumu İmzalanıb

9

2 may 2024-ci il tarixində Türkiyənin İstanbul Mədəniyyət Universitetinin rektoru Prof. Dr. Gülfettin Çelik Gəncliyə Yardım Fondunu ziyarət edib.

Ziyarət əsnasında Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim cənab rektora Fondun fəaliyyəti haqqında geniş məlumat verib və əməkdaşlıq imkanlarından bəhs edib.

Rektor hər iki qurum arasında qurulacaq əməkdaşlığın davamlı və səmərəli olacağını, eyni zamanda bu əlaqələrinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Sonda İstanbul Mədəniyyət Universiteti və Gəncliyə Yardım Fondu arasında ilkin əməkdaşlığa dair memorandum imzalanıb. Sənədi Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və İstanbul Mədəniyyət Universitetinin  rektoru Prof. Dr. Gülfettin Çelik imzalayıb.

Memoranduma əsasən Azəraycan və Türkiyədə təhsilin inkişafına dair təlimlər və seminarlar, birgə elmi konfransların təşkili, təcrübə mübadiləsi, İstanbul Mədəniyyət Universitetində staj proqramları həyata keçiriləcəkdir.