Çanaqqala Şəhidləri Yad Edildi
Türkiyənin Azərbaycandakı səfirliyi, Azərbaycanda çalışan türk iş adamları, Qeyri-Hökumət Təşkilatlarının sədrləri Çanaqqala şəhidlərinin xatirəsini yad ediblər. Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Doç. Dr. Cahit Bağcı Türk şəhidliyi abidəsinə çələng qoyub. Azərbaycan və Türkiyə dövlətlərinin himnləri səsləndirilib və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Bakıdakı Türk Şəhidliyi, Şəhidlər Xiyabanı ziyarət olunub. Anım mərasimində Gəncliyə Yardım Fondunun rəhbərliyi...
II Çay Festivalı Çərçivəsində “Çay Mədəniyyəti Qonaqpərvərliyin Rəmzidir” Adlı Tədbir Keçirilib
13.03.2024-cü il tarixində “5 nömrəli Uşaq- Gənclər İnkişaf Mərkəzi” PHŞ-in 2023/2024-cü il tədris ili üçün Fəaliyyət Planına uyğun olaraq Azərbaycan çayının şöhrətinin təbliği, çay mədəniyyətinin ənənələrinin yaşadılması, qonağa hörmət xüsusiyyətinin qorunması məqsədilə “Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı çərçivəsində “Çay mədəniyyəti qonaqpərvərliyin rəmzidir” adlı tədbir keçirildi. Qonaq qismində Türk səfirliyinin Təhsil müşaviri Yurdagül Aydoğan, Meyvəçilik, Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktor...
BİGA-da Rəqəmsal Dövrün Gəncləri Adlı Panel Keçirilib
Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə “Rəqəmsal dövrün gəncləri” adlı panel keçirilib. BİGA-nın koordinatoru Şahalı Cəlilov müasir dövrün rəqəmsal dünya kimi səciyyənləndirildiyini və gənclərin rəqəmsal dövrün mövularına bələd olmalarının vacib olduğunu bildirib. Məhz bu məqsədlə “Rəqəmsal dövrün gəncləri” panelinin baş tutduğunu qeyd edib. Panel müzakirələrdə akademiyanın üzvləri Zəkayi Abbaszadə “Kodular və müasir proqramlaşdırma”, Xəyyam Cəbrayılov...
GYF-nin Əməkdaşı Beynəlxalq Konfransda İştirak Edib
Martın 2-də Gürcüstanın Batumi şəhərində Gürcüstan Müftülüyünün təşkilatçılığı ilə “Müasir Dünyada Din: Perspektivlər, Problemlər və Ramazan” mövzulu beynəlxalq konfrans keçirilib. Konfransda Azərbaycan, Türkiyə və İrandan din xadimləri və elm insanları iştirak edib. Gəncliyə Yardım Fondunun əməkdaşı və Azərbaycan Universiteti Siyasi və İctimai elmlər kafedrasının müəllimi t.ü.f.d. Abbas Qurbanov “İctimai Birliyin Təminatçısı Kimi Din və Ramazan” adlı məruzə ilə çıxış edib.
BİGA-da “İslamın İqtisadiyyatı” Mövzusunda Seminar Keçirilib
2 mart tarixində Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə “İslamın iqtisadiyyatı” adlı seminar keçirilib. Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbərin iştirakı ilə keçirilən seminarda İstanbul Universitetinin İslam İqtisadiyyatı üzrə doktorantı Yamin Savalanlı məruzəçi qismində çıxış edib. Bakı İstedadlı Gənclər Akademiyasının koordinatoru Şahalı Cəlilov qonağı salamlayaraq Akademiyanın məqsədi və fəaliyyətləri barədə məlumat verib. Yamin Savalanlı İslam...
GFY-də Təcrübə Keçən Tələbələr Ümid Yeri Uşaq Sığınacağını Ziyarət Etdi
Gəncliyə Yardım Fondu və Azərbaycan Universiteti arasında bağlanmış müqaviləyə əsasən universitetin Fondda təcrübədə olan IV kurs tələbələri Ümid Yeri Uşaq Sığınacağını ziyarət ediblər Uşaq sığınacağının ehtiyacı olduğu ərzaq paketləri Fond tərəfindən təmin edilmiş, eyni zamanda balacaların öz asudə vaxtlarını daha səmərəli və əyləncəli keçirə bilmələri üçün kitablar və kiçik hədiyyələr təqdim edilib. Bu bərabərliyin nəticəsində tələbələr və balacalar çox mənalı...
GYF-də Xocalı Soyqırımına Həsr Olunmuş Tədbir Keçirilib
Fevralın 26-sı “Əbədi Birlik” Gənclər İctimai Birliyi, Gəncliyə Yardım Fondu, BMT tərəfdaşı Beynəlxalq İnsan Hüquqları Müdafiə komitəsi və Beynəlxalq İnformasiya Agentliyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı tədbir keçirilib. Tədbirdə millət vəkilləri Elman Nəsirov və Ceyhun Məmmədov, Əbədi tarixçi alim Faiq Ələkbərli, Trabzon İş Adamları Platformasının sədri Mustafa Küçükali, Vətən müharibəsi iştirakçıları, elm və incəsənət xadimləri, QHT...
Gəncliyə Yardım Fondunun Nümayəndələri Xocalı Abidəsini Ziyarət Edib
Gəncliyə Yardım Fondunun nümayəndələri Xocalı soyqırımı abidəsini ziyarət edib. Fondun rəhbər və işçi heyəti Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Doç. Dr. Cahit Bağcı ilə bu dəhşətli faciənin 32-ci ildönümündə günahsız qurbanların xatirəsini bir daha anıb, ruhlarına dualar oxuyublar. Qeyd edək ki, 26 fevral 1992-ci ildə erməni vəhşiliyi nəticəsində törədilən Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, onlardan 106 nəfəri...
BİGA-da “Xocalını Unutma” Adlı Tədbir Keçirilib
Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə “Xocalını Unutma” adlı tədbir keçirilib. Tədbirdə Qarabağ döyüşçüsü, yeddi gün erməni əsriliyində qalan Aftandil Əliyev və Xacalı faicəsində ailə üzvləri şəhid olmuş Vaqif Behbudov BİGA üzvləri ilə görüşüb. Bakı İstedadlı Gənclər Akademiyasının koordinatoru Şahalı Cəlilov qonaqları salamlayaraq Akademiyanın məqsədi və fəaliyyətləri barədə məlumat verib. Aftandil Əliyev Xacalı faciəsi baş...
Hafiz Şəhid Elgün Quliyevə Həsr Edilmiş Kitabın Təqdimat Mərasimi Keçirilib
Bu gün Şamaxı rayonu Mərkəz Cümə Məscidinin konfrans zalında Gəncliyə Yardım Fondu tərəfindən çap edilmiş və hafiz şəhid Elgün Quliyevə həsr olunan "Göylərdən Göylərə" kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə qazisi Hacı Mərəhmət Mustafayev, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, şəhid Elgün Quliyevin valideynləri, müəllimləri, döyüş...














