GYF Rəhbərliyi Şəhid Polis Asim Camalzadənin Yas Mərasimində İştirak Edib

Bu gün Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və Fondun idarə heyətinin üzvləri Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Doç. Dr. Cahit Bağcının iştirakı ilə şəhid polis Asim Camalzadənin yas mərasimində iştirak ediblər. Fond rəhbərliyi şəhidin ailəsi və yaxın qohumlarına baş sağlığı verib və Allahdan rəhmət diləyiblər.

GYF-də “İki Bədəndə Bir Can: Azərbaycan-Türkiyə” Adlı Rəsm Sərgisi Keçirilib

Sentyabrın 16-da Gəncliyə Yardım Fondunun H. Z. Tağıyev adına konfrans zalında “Mirvarid Dilbazi Poeziya Məclisi” ictimai birliyinin təşkilatçılığı ilə Qafqaz İslam Ordusunun və Bakının işğaldan azad edilməsinin 105 illiyinə həsr olunmuş “İki Bədəndə Bir Can: Azərbaycan-Türkiyə” adlı rəsm sərgisi keçirilib. Sərgidə millət vəkilləri, rəssamlar, şəhid yaxınları, elm adamları, mədəniyyət xadimləri, QHT və mətbuat nümayəndələri iştirak ediblər. Sərgi Qafqaz İslam Ordusu...

GYF-də Qafqaz İslam Ordusunun 105 İlliyinə Həsr Olunmuş Tədbir Keçirilib

Bu gün Gəncliyə Yardım Fondunun H. Z. Tağıyev adına konfrans zalında Qafqaz   İslam Ordusunun və  Bakının işğaldan azad edilməsinin 105 illiyinə həsr olunmuş tədbir keçirilib. “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” ictimai birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycanda səfərdə olan Türk Dünyası jurnalistlər şurasının nümayəndələri, millət vəkilləri, elm adamları, QHT və...

“Axısxa Türkləri – Azərbaycanın sosial və mədəni həyatında rolu” adlı tədbir keçirildi  

13 sentyabr 2023-cü il tarixdə Gəncliyə Yardım Fondunun akt zalında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Gənclərə Qayğı” İctimai Birliyinin təşkilatçılığı, “Gənclərin Töhfəsi” İctimai Birliyi və “Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi” İctimai Birliyinin tərəfdaşlığı ilə “Axısxa Türkləri – Azərbaycanın sosial və mədəni həyatında rolu” adlı layihə çərçivəsində tədbir keçirildi. Tədbiri girişi sözü ilə layihə eksperti, “Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi”...

Türkiyə Diyanət İşləri Başqanının Müavini Doç. Dr. Selim Argun GYF-ni Ziyarət Edib

İyulun 28-də Türkiyə Diyanət İşləri Başqanın Müavini Doç. Dr. Selim Argun Gəncliyə Yardım Fondunu ziyaət edib. Ziyarətdə həmçinin Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Din Hizmətləri müşaviri İhsan Açık da iştirak edib. Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim qonaqlara Fondun humanitar, sosial və təhsil fəaliyyətləri haqında ətraflı məlumat verib, hər gün daha da möhkəmlənən Azərbaycan və Türkiyə əlaqələrinin iki dövlət arasında bütün müstəvilərə,...

GYF-də Tərəqqi İnkişaf Mərkəzi “Yay Düşərgəsi”nin Bağlanış Mərasimi Keçirildi

28 iyul 2023-cü il tarixində Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə Tərəqqi İnkişaf Mərkəzinin “Yay Düşərgəsi” layihəsinin bağlanış mərasimi keçirilib. Tədbirdə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək İctimai Birliyinin sədri Elçin Manafov, Gəncliyə Yardım Fondunun idarə heyəti və yay məktəbində iştirak edən uşaqların valideynləri iştirak edib. Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi...

Tərəqqi İnkişaf Mərkəzinin Yay Düşərgəsində Tennis Turniri Keçirilib

İyulun 25-də Gəncliyə Yardım Fondunun təşkilatçılığı Fondun nəzdində fəaliyyət göstərən Tərəqqi İnkişaf Mərkəzinin Yay düşərgəsində “Şəhid Elgün Quliyev və Şəhid Oğuzhan Küçük”ün xatirəsinə həsr edilmiş tennis turniri keçirilib. Mərkəzin müdavimlərinin iştirak etdiyi turnirdə 1-ci yerin qalibi Əhməd Məmmədov, 2-ci yerin qalibi Abdurrahman Rəşidli, 3-cü yerin qalibi isə Yusif Kərimov olub. Qeyd edək ki, qaliblərin mükafatları Tərəqqi İnkişaf Mərkəzi Yay düşərgəsinin məzum günündə...

İntellektual İnkişaf Naminə İB-nin Könüllüləri GYF-ni Ziyarət Etdi

Bu gün Qəbələ rayonunda fəaliyyət göstərən İntellektual İnkişaf Naminə İctimai Birliyinin Könüllüləri Bakı səfəri çərçivəsində Gəncliyə Yardım Fondunu ziyarət edib. Ziyarət əsnasında əvvəlcə Gəncliyə Yardım Fondunun mətbuat xidmətinin rəhbəri Eldar Kərimov könüllülərə Fond haqqında ətraflı məlumat verib. Daha sonra Fondun prezidenti Ahmet Tecim gənclərlə görüşüb. Görüşdə İntellektual İnkişaf Naminə İctimai Birliyinin koordinatoru Həzi Aslanov və Türkiyənin Azərbaycandakı Din Xidmətləri müşaviri...

İRFAN Jurnalı 200-cü Sayını Qeyd Etdi

2005-ci ildən etibarən hər ay nəşr olunan “İrfan” ictimai fikir jurnalı iyul ayının 18-də 200-cü sayının nəşri münasibəti ilə tədbir təşkil edib. Gəncliyə Yardım Fondunun konfrans zalında qeyd olunan yubiley mərasimində “İrfan”ın yazarları, təmsilçi və abunəçiləri iştirak edib. Tədbiri açıq elan edən “İrfan” jurnalının baş redaktoru Nurlan Məmmədzadə bütün iştirakçıları və qonaqları salamladıqdan sonra “İrfan”ın Azərbaycan mühitindəki yerindən, keçən illər...

GYF Rəhbərliyi 15 İyul “Demokratiya və Milli Birlik Günü”nə Həsr Olunmuş Konfrans və Fotosərgidə İştirak Edib

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və idarə heyətinin üzvləri Türkiyənin Azərbaycandakı səfirliyində təşkil edilən 15 İyul “Demokratiya və Milli Birlik Günü”nə həsr olunmuş konfrans və fotosərgidə iştirak ediblər. Millət vəkilləri, səfirlik əməkdaşları, QHT və media nümayəndələri, elm adamlarının iştirakı ilə keçirilən tədbirdə əvvəlcə 2016-cı il 15 iyul tarixində FETÖ terror hərakatının dövət çevrilişinə cəhdinin qarşısının alınmasında  mübarizə aparan və...