Bir Ailənin Sevinci…
Gəncliyə Yardım Fondu “Yeni Həyat” Humanitar və Sosial Dayaq” ictimai birliyi ilə birgə Sabirabad şəhər sakinləri Əhədli Aysu Ülvi qızı və Əhədli Sadiq Ülvi oğlunu yaşadıqları ünvanda ziyarət edib. Ziyarət zamanı sağlamlıq imkanı məhdud olan bacı və qardaşa əlil arabaları təqdim edilib. Ailənin dediyinə görə, təqdim edilən əlil arabaları onların həyatında yeni səhifə açacaq və həyat şəraitlərini yaxşılaşdıracaq. Yaxınları Gəncliyə...
BİGA-da “Zaman, Məkan Və Hədəflər Üçbucağında İnsan” Adlı Seminar Keçirilib
Hüdayi Vəqfinin Xarici işlər üzrə Təhsil Koordinatoru Dr. Oktay Çetin Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə Fondun H. Z. Tağıyev adına konfrans zalında müxtəlif universitetlərdə təhsil alan gənclərlə görüşüb. Gəncliyə Yardım Fondunun Təhsil şöbəsinin əməkdaşı Nizami Əfəndiyev tədbir iştirakçılarını salamlayaraq qonağa akademiyanın fəaliyyəti haqqında geniş məlumat verib. Daha sonra çıxış edən Oktay Çetin BİGA üzvlərinə “Zaman, Məkan və Hədəflər Üçbucağında...
Şimali Kipr Türk Respublikasının Prezidenti Azərbaycandadır
Gəncliyə Yardım Fondunun İctimai Əlaqələr şöbəsinin əməkdaşı Zəki Şahin Azərbaycanda rəsmi səfərdə olan Şimali Kipr Türk Respublikasının Prezidenti cənab Ersin Tatar bəyin şərəfinə təşkil olunmuş şam yeməyi proqramında iştirak edib. Qeyd edək ki, 13-14 oktyabr tarixlərində Azərbaycanda keçiriləcək Şimali Kipr Türk Mədəniyyəti günlərinin açılışı ərəfəsində Cümhuriyyətin Prezidenti cənab Ersin Tatar Bakıya ilk səfərini edib. Bu səfərdə Prezident Tatarı Şimali Kiprin...
Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim Gənclərlə Görüşüb
Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə Fondun H. Z. Tağıyev adına konfrans zalında müxtəlif universitetlərdə təhsil alan gənclərlə görüşüb. BİGA-nın koordinatoru Şahalı Cəlilov tədbir iştirakçılarını salamlayaraq akademiyanın fəaliyyəti haqqında geniş məlumat verib. Daha sonra çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim BİGA üzvlərinə “İslam Mədəniyyətində Vəqf Ənənəsi” mövzusunda seminarla çıxış edib. Seimarda Türk-İslam...
Türkiyə Kosmik Agentliyinin Prezidenti Serdar Hüseyin Yıldırım BİGA Tələbələri İlə Görüşüb
Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə Fondun H. Z. Tağıyev adına konfrans zalında Türkiyə Kosmik Agentliyinin prezidenti Serdar Hüseyin Yıldırımla görüş keçirilib. Görüşdə Fond rəhbərliyi və əməkdaşları, müxtəlif universitetlərdə təhsil alan BİGA tələbələri, həmçinin bir sıra elm xadimləri iştirak edib. Serdar Hüseyin Yıldırım “Qlobal problemlər və Türk dünyası” adlı seminarla çıxış edib. O, hazırda kosmik sahənin inkişaf etmiş dövlətlərin əsas...
Türkiyənin Sabiq Diyanət İşləri Başqanı Dr. Tayyar Altıkulaç GYF-ni Ziyarət Edib
Bu gün Türkiyə Cümhuriyyətinin sabiq Diyanət İşləri Başqanı və İstanbul 29 Mayıs Üniversiteti Himayəçilər Şurasının sədri Dr. Tayyar Altıkulaç Gəncliyə Yardım Fondunu ziyarət edib. Ziyarətdə Türkiyə Cümhuriyyətinin Azərbaycanda təyin edilmiş Din Hizmətləri müşaviri İhsan Açık və Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin müdiri Kadir Bektaşoğlu iştirak edib. Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim qonaqlara Fondun humanitar, sosial və təhsil fəaliyyətləri...
Gəncliyə Yardım Fondunun Rəhbərliyi Türkiyə Məzunlarının Görüşündə İştirak Edib
Bu gün Gəncliyə Yardım Fondunun rəhbərliyi və kollektivi Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nəznində fəaliyyət göstərən Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığının və Türkiyə Məzunları Dərnəklərinin birgə təşkilatçılığı ilə keçirilən Türkiyə Məzunlarının Azərbaycan görüşündə iştirak ediblər. Tədbirdə dünyanın 35-ə yaxın ölkəsindən Türkiyə məzunları iştirak edib. Türkiyə məzunlarının görüşünün təşkilində əsas məqsəd Məzun Dərnəklərinin birgə fəaliyyətinin təşkili, həyata keçirilən və planlaşdırılan...
Beynəlxalq Türkiyə Məzunları GYF-nin Qonağı Olub
Bu gün Beynəlxalq Türkiyə Məzunları birliyinin 35 müxtəlif ölkədən Azərbaycanda rəsmi səfərdə olan nümayəndələri Gəncliyə Yardım Fondunun qonağı olub. Qonaqlar Fond rəhbərliyi ilə çay süfrəsi ətrafında görüşüblər. Azərbaycan Türkiyə Məzunları Birliyinin Azərbaycan koordinatoru Telman Nüsrətoğlu Gəncliyə Yardım Fondunun gördüyü işlərin Türkiyə və Azərbaycan arasındakı qardaşlıq körpüsünün möhkəmləndirilməsindəki rolu haqqında danışıb. Daha sonra Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qonaqları salamlayıb...
“İstiqamət Rəhbərimiz – Hz. Peyğəmbər” Adlı Mövlud Proqramı Keçirilib
26 sentyabr tarixində İrfan jurnalının təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunda Həzrət Peyğəmbərin mübarək doğumuna həsr olunmuş “İstiqamət rəhbərimiz – Hz. Peyğəmbər” adlı proqram keçirilib. Şəhidlərin əziz xatirəsinə ithaf olunan proqramda Vətən uğrunda canından keçən igid oğullarımız bir dəqiqəlik sükutla yad edilib. İki qardaş ölkə - Azərbaycan və Türkiyənin himni səsləndilib. İrfan jurnalının baş redaktoru Nurlan Məmmədzadənin açılış çıxışı ilə başlayan...
GYF Rəhbərliyi TÜRKPA-nı Ziyarət Edib
Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və Fondun idarə heyətinin üzvləri Türk Dövlətləri Parlament Assambleyasınının baş katibi Mehmet Süreyya Eri ziyarət ediblər. Ahmet Tecim ziyarət əsnasında Mehmet Süreyya Erə Fondun fəaliyyətləri, görülən işlər, gələcəklər həyata keçirilməsi nəzərdə tutulan layihələr haqqında ətraflı məlumat verib. TÜRKPA-nın Türk dövlətləri arasında əlaqələrin inkişafına böyük tövfə verdiyini bildirən Ahmet Tecim M. Süreyya Er başda...














