NAYORA-nın Üzvləri Anım Yürüyüşü Keçirib
Şanlı Zəfərimizin ikinci ildönümü münasibətilə NAYORA-nın üzv təşkilatlarının rəhbər və nümayəndələri Vətən Müharibəsi qaziləri ilə birlikdə I və II Fəxri Xiyabana, həmçinin Şəhidlər Xiyabanını ziyarət ediblər. Gəncliyə Yardım Fondunun əməkdaşları Qoşqar Abbasov və Ülvi Müzəffərlinin iştirak etdiyi yürüyüş I Fəxri Xiyabandan başlayıb və ümumilli lider Heydər Əliyevin məzarını ziyarət edərək əklil qoyulub. Bundan sonra Şəhidlər Xiyabanına yürüyüş edilib, 20...
“Gənc Elçilər” Proqramının Açılış Mərasimi Keçirilib
Gəncliyə Yardım Fondunun əməkdaşları Qoşqar Abbasov və Şahalı Cəlilov AR Gənclər və İdman Nazirliyinin dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə həyata keçirilən “Gənc Elçilər” proqramının açılış mərasimində iştirak ediblər. Açılış mərasimi öz işinə Şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Moderatorluğunu NAYORA-nın Baş katibi Ramin Həbibzadənin etdiyi tədbirdə ilk olaraq NAYORA-nın sədri Azər Əliyev çıxış edərək, proqram haqqında...
Xəzər Rayonunda Şəhidlərin Xatirəsi Əbədiləşdirilib
4 noyabr 2022-ci il tarixində Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev adına 123 nömrəli tam orta məktəbin məzunları olmuş Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş kompleksin açılış mərasimi keçirilmişdir. Açılışda Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, Bakı Şəhər Təhsil İdarəsinin nümayəndələri, Vətən müharibəsi qaziləri və şəhid ailələri, həmçinin qəsəbə sakinləri iştirak etmişdir. Tədbirdə çıxış...
YÖK-ün Beynəlxalq Əlaqələr Şöbəsinin Müdiri GYF-ni Ziyarət Edib
Türkiyə Cümhuriyyətinin Yükseköğretim Kurulu (YÖK) Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Mustafa Efe və Merkez Bankası nümayəndəsi Muhammed Enes Olgun Gəncliyə Yardım Fondunu ziyarət edib. Ziyarət əsnasında Mustafa bəy Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüb. Cənab Ahmet Tecim bildirib ki, qurulduğu gündən bu günə qədər Gəncliyə Yardım Fondu həyata keçirdiyi humanitar yardım, təhsil və sosial fəaliyyətləri...
GYF-də 8 Noyabr Zəfər Gününə Həsr Olunmuş Sənədli Filmin Təqdimat Mərasimi Keçirilib
Bu gün Gəncliyə Yardım Fondunun H. Z. Tağıyev adına konfrans zalında 8 Noyabr Zəfər günüə həsr olunmuş “Tarix Yazan Şəhid Hafiz Elgün Quliyev” adlı sənədli filmin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində Fond rəhbərliyi və əməkdaşları, şəhid Elgün Quliyevin valideynləri, müəllimləri, dostları, döyüş yoldaşları, şəhid ailələri və yaxınları, qazilər, iştirak edib. Dəyər Tv tərəfindən hazırlanan film 44 günlük Vətən müharibəsinə könüllü olaraq...
Türkiyə Cümhuriyyətinin Gəncə Baş Konsulu GYF-ni Ziyarət Edib
Türkiyə Cümhuriyyətinin Gəncə Baş konsulu Zeki Öztürk Gəncliyə Yardım Fondunu ziyarət edib. Ziyarət əsnasında Baş konsul Zeki Öztürk Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüb. Cənab Ahmet Tecim bildirib ki, qurulduğu gündən bu günə qədər Gəncliyə Yardım Fondu həyata keçirdiyi humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə arasındakı qardaşlıq münasibətlərinin daha da...
“Qardaş Ölkələr” Adlı Foto Və Rəsm Sərgisi Keçirilib
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Suraxanı Rayon İcra Hakimiyyəti, Suraxanı Gənclər Evi, Suraxanı Rayon Gənclər və İdman İdarəsi, Şimali Kipr Türk Respublikasının Bakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə 44 Günlük Qarabağ Zəfərinə həsr olunmuş "Qardaş Ölkələr" adlı foto və rəsm sərgisi keçirilib. Sərgidə Suraxanı Rayon İcra hakimi Əziz Əzizov, Türkiyənin Fövqəladə və Səlahiyyərtli səfiri Doç. Dr. Cahit...
8 Noyabr Zəfər Günümüzlə Əlaqədar Milli Məclisin Deputatı Ramil Həsənlə Görüş Keçirilib
Gəncliyə Yardım Fondunun əməkdaşları Qoşqar Abbasov və Ümid Dadaşov NAYORA-nın təşkilatçılığı ilə keçirilən Azərbaycan Respublikası Milli Məclisin deputatı Ramil Həsənlə görüşdə iştirak edib. NAYORA-ya üzv gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Azərbaycan həqiqətlərinin gənclər təşkilatları vasitəsilə dünyaya çatdırılması və həyata keçirməli olan fəaliyyətlər, beynəlxalq təmsilçiliyin ölkəmiz üçün əhəmiyyəti kimi mövzularda müzakirələr aparılıb, həmçinin görüş iştirakçılarının ünvanladıqları suallar cavablandırılıb.
Tarixçi Alimlər GYF-nin Qonağı Olub
Müasir İnkişaf İctimai Birliyinin sədri Mübariz Aşırlı, tarixçi alim Hacı Həsənov, Mübariz Ağalarlı, Bəxtiyar Həsənov və AMEA Fəlsəfə İnstitunun tədqiqatçısı Məhəmməd Cəbrayılov Gəncliyə Yardım Fondunun qonağı olub. Qonaqlar Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüb. Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qonaqlara qurulduğu gündən bu günə qədər Gəncliyə Yardım Fondunun həyata keçirdiyi humanitar yardım, təhsil...
Zəfər Gününə Həsr Olunmuş “Kiçik Ürəklərdə Zəfər Rəngləri” Adlı Rəsm Sərgisi Baş Tutdu
1 noyabr tarixində Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Xətai Sənət Mərkəzində “8 noyabr Zəfər Günü”nə həsr olunmuş “Kiçik Ürəklərdə Zəfər Rəngləri” adlı uşaq və yeniyetmələrin rəsm və əl işlərinin sərgisi baş tutub. Sərginin təşkilində əsas məqsəd 7-17 yaş arası uşaq və yeniyetmələrdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərə milli həmrəylik və qəhrəmanlıq dolu ülvi hisslərin aşılanması, Vətənimizin suverenliyi uğrunda Azərbaycan...














