Sosial Fəaliyyətlər Ağdaş Rayonunun Şıxlı Kəndində Şəhidlər Bulağının Açılış Mərasimi Keçirilib

Ağdaş Rayonunun Şıxlı Kəndində Şəhidlər Bulağının Açılış Mərasimi Keçirilib

11

Ağdaş rayonunun Şıxlı kəndində Aziz Mahmud Hüdayi Vəqfinin dəstəyi və Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə 44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhid olan Şəhid Osmanov Əyyub Azər oğlu, Şəhid Cəfərov Faiq Ağəli oğlu və Şəhid Həmidov Mehman Hüseyn oğlunun əziz xatirələrinə həsr olunmuş şəhidlər bulağının açılış mərasimi keçirilib.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirlməsi və şəhidlərimizin ruhunun bir dəqiqəlik sükütla yad edilməsi ilə açıq elan edilib.

Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili  və proqnozlaşdırılması şöbəsinin müdiri Əli Kərimov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Şirvan bölgəsi üzrə qazısı, Ağdaş şəhəri “Hacı İsmayıl” məscidinin imamı Əli Məmmədov, Gəncliyə Yardım Fondunun İcraçı Katibi Sedat Demir, Fondun protokol müdiri Zəki Şahin, Ağdaş rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Türanə Şıxəliyeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri, Şıxlı kənd məktəbinin şagirdləri,  kənd sakinləri, şəhidin doğmaları və yaxınları iştirak edib.

Qeyd edək ki, Aziz Mahmud Hüdayi Vəqfinin dəstəyi və Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə hazirlanan Şəhidlər bulağı üçün artezian su quyusu qazılmış və kənd sakinlərinin istifadəsinə verilmişdir.