Gəncliyə Yardım Fondu Ehtiyac Sahibi Yaşlı İnsanlara Yardım Edib

Gəncliyə Yardım Fondu “Biz Birlikdə Güclüyük” şüarı altında Bakı şəhərində yaşayan 65 yaşından yuxarı ehtiyac sahibi böyüklərimizə qida paketi və təmizlik ləvazimatları paylayıb. Dünyada yayılmış koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının qarşısınının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 24-dən aprelin 20-dək ölkədə xüsusi karantin rejimi elan edildikdən sonra bu tədbirlər çərçivəsində 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan...

Gəncliyə Yardım Fondu Koronavirusla Mübarizəyə Dəstək Fonduna İanə Köçürüb

Gəncliyə Yardım Fondu (GYF) Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 min manat məbləğində vəsait köçürüb. Gəncliyə Yardım Fondu qlobal pandemiya ilə mübarizə üçün sosial həmrəyliyin nümayiş etdirilməsini zəruri sayaraq vətəndaşları, o cümlədən fondun bütün əməkdaşlarını...

GYF Onları Öz Ünvanlarında Sevindirdi

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti  Yevlax Rayonunda yaşayan və əlilliyi olan Aybəniz Cəfərovanı və Qarabağ qazisi Tovuz Şəhər sakini Beybudov Telman Musa oğlunu  yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları hər iki ehtiyac sahibinə əvvəlcədən müraciətləri əsasında əlil arabaları təqdim edib və onların həyat şəraitləri ilə yaxından tanış olublar. Hər iki ailənin ‎dediyinə görə Fond tərəfindən onlara təqdim edilən əlil arabaları...

GYF Əməkdaşları Şəhid İbrahim Vəliyevin Ailəsini Ziyarət Edib

Bu gün Gəncliyə Yardım Fondunun əməkdaşları ermənistan silahlı qüvvələrinin fevralın 24-də sərhəddə törətdikləri təxribatın qarşısını alarkən şəhid olan Vəliyev İbrahim Ələmşah oğlunun ailəsini yaşadıqları Zərdab rayonunda ziyarət edib. Ziyarət əsnasında İbrahim Vəliyevin anası Rəfiqə xanım, atası Ələmşah bəy və nənəsi Gülöyşə xanımla görüşən fond nümayəndələri belə bir qəhrəman övlad böyüdüb, tərbiyə etdikləri üçün onlara təşəkkür edib və onlara hər zaman...

GYF Gənclərə Dəstək Olmağa Davam Edir

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti  Baki şəhəri Nizami Rayonunda yaşayan və serebral iflic olan  12 yaşlı Aslanlı Banuçiçək Samir qızını yaşadığı ünvanda ziyarət edib.‎ Ziyarət zamanı sağlamlıq imkanı məhdud  olan Aslanlı Banuçiçək Samir qızına əlil  arabası  təqdim edilib. ‎Məlum olub ki, Banuçiçəyin bədən hərkətləri demək olar ki, tamamilə məhdud olduğuna görə əlil arabası olmadan bir yerə hərək etməyə çətinlik çəkir. Ailəsinin...

GYF-də Qafqaz Regionunda Beynəlxalq Münasibətlər Adlı Konfransı Keçirilib

Bu gün Gəncliyə ‎Yardım ‎Fondunun H.Z.Tağıyev adına konfrans zalında Xəzər Universitetinin müəllimi "Dərin Rusiya" kitabının müəllifi Dr. Telman Nüsrətoğlunun "Qafqaz Regionunda Beynəlxalq Münasibətlər" adlı konfransı keçirilib. Konfransda Gəncliyə Yardım Fondunun əməkdaşları və müxtəlif universitetlərin tələbələri iştirak edib.  Dr. Telman Nüsrətoğlu Rusiyanın tarixindən və günümüzdə baş verən siyasi proseslər haqqında çıxış edib. İştirakçıların sualları cavablandırılaraq konfransa yekun vurulub.

GYF Ehtiyac Sahiblərini Sevindirdi

Gəncliyə Yardım Fondu Bakı CP (Serebral İflic) Akademiyasının tələbinə uyğun olaraq  11 yaşlı serebral iflic Sultanlı Firuzə Şamxal qızı və serebral iflic 11 yaşlı Sadıxzadə Zəhra Sədail qızına əlil arabaları təqdim edib. Eyni zamanda fond əməkdaşları Ağdaş rayonunda yaşayan 1-ci qrup əlil , 20 yaşlı əlil Ceyhun Mahmudovu və Yevlax rayonunda yaşayan 66 yaşlı əlil Yusif Babayevi yaşadıqları ünvanda...

Gəncliyə Yardım Fondunun Əməkdaşları Xocalı Abidəsini Ziyarət Edib

Bu gün  Gəncliyə Yardım Fondunun əməkdaşları paytaxtın Xətai rayonunda yerləşən Xocalı soyqırımı abidəsini ziyarət edib. Fondun rəhbər və işçi heyəti bu dəhşətli faciənin 28-ci ildönümündə günahsız qurbanların xatirəsini bir daha anıb, ruhlarına dualar oxuyublar. Fond hər il oduğu kimi, bu ildə Xocali faciəsinin unudulmaması və bu genosidin dünya ictimaiyyətinə çatdırılması üçün orta məktəb şagirdləri arasında maarifləndirmə tədbirləri həyata keçirib və...

Azərbaycan və Türkiyə Skautları GYF-ni Ziyarət Edib

Xocalı faciəsində şəhid olan həmvətənlərimizin anım mərasimində iştirak etmək və Azərbaycan Skautlar Assosiasiyası ilə əməkdaşlıqlarını gücləndirmək üçün Azərbaycanda səfərdə olan Türkiyə İzcilik Federasiyasının nümayəndələri Gəncliyə Yardım Fondunun qonağı olub. Tədbirdə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim çıxış edərək skautların könüllülük fəaliyyəti əsasında gördükləri işləri yüksək qiymətləndirib və Gəncliyə Yardım Fondunun hər zaman onların üzünə açıq olduğunu qeyd edib. Daha sonra...

“Xocalı Faciəsini Unutma!” Adlı İnşa Yazı Müsabiqəsinin Qalibləri Mükafatlandırıldı

Bu gün Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə  Xocalı Soyqrırımının XXVIII ildönümünə həsr olunmuş “Xocalını Soyqırımını Unutma” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. Tədbirdə Xocalı faciəsini əks etdirən foto sərgi təşkil edilib, Tədbirdə Türkiyə Cümhuriyyəti Bakı Böyükelçiliyinin mətbuat müşaviri Hüseyin Altunalan,  Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif...