Türkiyənin Azərbaycandakı Səfiri Gəncliyə Yardım Fondunun Ənənəvi İftar Süfrəsində İştirak Edib

Martın 18-də Türkiyənin Azərbaycan yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Prof. Dr. Birol Akgün, səfirliyin müşavirləri, Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer, TİKA Azərbaycanın rəhbəri Hayrettin Özçelik, ATİB-in sədri Mürsəl Rüstəmov, UID Azərbaycan üzrə regional rəhbəri Cengiz Aygör, Azərbaycanda faliyyət göstərən Beynəlxalq Maarif Məktəbləri, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi, Bakü Türk Anadolu Liseyi məktəblərin...

Çanaqqala Şəhidlərinin 110-cu İldönümü Yad Edildi

Bu gün Türkiyənin Azərbaycandakı səfirliyi, Azərbaycanda çalışan türk iş adamları, Qeyri-Hökumət Təşkilatlarının sədrləri və nümayəndələri Çanaqqala şəhidlərinin xatirəsini yad ediblər. Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Prof. Birol Akgün Türk şəhidliyi abidəsinə çələng qoyub. Azərbaycan və Türkiyə dövlətlərinin himnləri səsləndirilib və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Bakıdakı Türk Şəhidliyi, Şəhidlər Xiyabanı ziyarət olunub. Anım mərasimində Gəncliyə Yardım...

Elm Adamları GYF-nin Ənənəvi İftar Süfrəsində Bir Araya Gəldi

Martın 14-də təşkil olunan iftar süfrəsində millət vəkilləri Fazil Mustafa, Anar İsgəndərov, Nazirlər Kabineti Aparatının sektor müdiri Qurban Sadiqov, Türkiyə Səfirliyinin Din Xidmətləri Müşaviri İhsan Açık, Azərbaycanın bir sıra universitetlərinin müəllimləri, müstəqil tədqiqatçılar, QHT rəhbərləri və media nümayəndələri iştirak edib.

Beynəlxalq Demokratlar Birliyinin (UID) Gənclər Təşkilatının Nümayəndələri Gəncliyə Yardım Fondunu Ziyarət Edib

Martın 13-də Beynəlxalq Demokratlar Birliyinin (UID) Gənclər Təşkilatı sədri Ahmet Furkan Katırcıoğlu və idarə heyətinin üzvləri Gəncliyə Yardım Fondunu ziyarət edib. Ziyarət çərçivəsində Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim ilə görüş keçirilib. Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim qonaqlara Fondun xeyriyyə fəaliyyətləri ‎haqqında geniş məlumat verib. Cənab Ahmet Tecim bildirib ki, qurulduğu ‎gündən bu günə qədər Gəncliyə Yardım Fondu həyata...

GYF-də Şəhid və Qazi Ailələri İftar Süfrəsində Bir Araya Gəldi

Gəncliyə Yardım Fondunun konfrans zalında şəhid və qazi ailələrinə iftar süfrəsi açılıb. İftar süfrəsi Müqəddəs Qurani-Kərimdən ayələrin tilavəti ilə başlayıb. Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim bütün qonaqları salamlayaraq mübarək Ramazan ayında belə bir iftar süfrəsi ətrafında olduğu üçün öz məmnunluğunu bildirib. Türkiyə Cümhuriyyətinin Bakı Böyükelçiliyinin Din Xidmətləri Müşaviri İhsan Açık tədbirdə iştirak edən bütün şəhid ailələrinə başsalığı verib, qazilərə...

GYF-də Xocalı Soyqırımı ilə Əlaqədar Tədbir Keçirilib

Gəncliyə Yardım Fondunda 26 fevral - Xocalı Soyqırımı ilə əlaqədar Əbədi Birlik Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə "Xocalıya Ədalət: Tarixi Unutma, Gələcəyi Qoru!" adlı tədbir keçirilib. Tədbirdə çıxış edən Xüsusi qonaqlar 13 dildə nəşr olunan “ Xocalı: Şahidlər Danışır ” kitabının müəllifi, tarix üzrə fəlsəfə doktoru İradə Əlili, Qarabağ qaziləri - Tutu ləqəbi ilə tanınan Rüxsarə Cumayeva, Oruc Cabbarov, Xocalı...

GYF Rəhbərliyi Türkiyənin Azərbaycandakı Yeni Səfiri Prof. Dr. Birol Akgün ilə Görüşüb

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri Türkiyənin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Prof. Dr. Birol Akgün ilə görüşüb. Ahmet Tecim Ahmet Tecim Birol Akgünə Gəncliyə Yardım Fondunun Azərbaycandakı fəaliyyətləri haqqında ətraflı məlumat verib, Fondun Azərbaycan və Türkiyə arasındakı tarixi dostluq və qardaşlıq körpüsünün möhkəmləsi istiqamətindəki işlərinin iki qardaş dövlət tərəfindən hər zaman müsbət...

Xocalı Faciəsinin 33-cü İldönümündə “Ana Harayı” Abidəsi Ziyarət Edilib

Bu gün Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və idarə heyətinin üzvləri Xocalı soyqırımı abidəsini ziyarət ediblər. Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Prof. Dr. Birol Akgün ilə bu dəhşətli faciənin 33-ci ildönümündə günahsız qurbanların xatirəsi ehritamla yad edilib, abidə önünə gül dəstələri düzülüb.

BİGA-da Növbəti Seminar Keçirilib

Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə "Ateizm: Yaranma səbəbləri və səbəb olduğu problemlər" mövzulu seminar keçirilib. Müxtəlif universitetlərin tələbələrinin iştirak etdiyi seminarda ekspert qismində Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi f.f.d Elvüsal Məmmədov çıxış edib. Elvüsal Məmmədov ateizim yaranma tarixi, keçdiyi mərhələləri və onun formaları haqqında...

Gəncliyə Yardım Fondunda Şəhid Ailələri ilə Görüş Keçirilib

Fevralın 20-də Gəncliyə Yardım Fondununda şəhid ailələri ilə görüş keçirilib. Görüşdə şəhid ailələri və yaxınları, I Qarabağ mübahirəsinin və Vətən müharibəsinin iştirakçıları, qazilər iştirak edib.   Şəhidlərin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Cümhuriyyətinin İstiklal Marşının səsləndirilməsi ilə tədbir açıq elan edilib. Sonra Qurani-Kərimdən ayələr tilavət olunub.   Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim çıxış edərək...