Uncategorized BİGA-da “Müasir Dünyada Milli Duruş” Mövzulu Seminar Keçirilib

BİGA-da “Müasir Dünyada Milli Duruş” Mövzulu Seminar Keçirilib

17

Gəncliyə Yardım Fondunun H. Z. Tağıyev adına konfrans zalında Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin dəstəyi və Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə “Müasir Dünyada Milli Duruş” mövzulu seminar keçirilib. Türkiyənin İstanbul Mədəniyyət Universtetinin müəllimi Dr. Ahmet Hamdi Yıldırımın məruzəçi qismində çıxış etdiyi seminarda müxtəlif universitetlərdən tələbələr iştirak edib.

Dr. Ahmet Hamdi Yıldırım çıxışında müasir dünyanada baş verən proseslərin insanlar üzərində yaratdığı fəsadlardan və müasir dünyanın öz yeni insanını inşa etməyə çalışmasından bəhs edib. Onun sözlərinə görə, milli-mənəvi dəyərlər fonunda yetişən gənclik ancaq milli mənsubiyyəti çərçivəsində düşünər. Məruzəçi daha sonra iştirakçıların suallarını cavablandırıb.

Sonda Bakı İstedadlı Gənclər Akademiyası tərəfindən Dr. Ahmet Hamdi Yıldırıma xatirə hədiyyəsi təqdim edilib.