Bu Ramazan Onun Üçün Fərqli Olacaq
14.05.2018-ci il tarixində Gəncliyə Yardım Fondunun nümayəndə heyəti Təxris Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin müraciətinə əsasən Bərdə rayonu Şahvallar kənd sakini Süleymanov Umud Əkbər oğluna əlil arabası təqdim edib. Əlil arabası, Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev və Təxris Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənlinin birbaşa iştirakı ilə Bakı şəhər Binəqədi rayon Xocasən qəsəbəsində yaşadığı...
Heydər Əliyev və Müstəqi Azərbaycan Mövzusunda Konfrans Keçirilib
8 May 2018-ci il tarixində Gəncliyə Yardım Fondunda Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 95-cü ildönümünə həsr olunmuş Bakı şəhər orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda konfrans və inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. Tədbir açıq elan olunduqdan sonra toplantı iştirakçıları tərəfindən Azərbaycan...
GYF-nin ənənəvi iftar proqramları başladı
Hər il ənənəvi olaraq Ramazan ayının əvvəlindən sonunadək Gəncliyə Yardım Fondunun konfrans zalında təşkil edilən iftar proqramları bu il də davam edir. Gündəlik 300 nəfər üçün hazırlanan iftar süfrələrində cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar iştirak edir və Ramazan ayının sevincini birlikdə yaşayırlar. Bununla birlikdə Ramazan ayı boyunca imkansız ailələrə, şəhid ailələrinə, qaçqın və məcburi köçkünlərə iftar süfrələri açılacaq və Ramazan bayramına...
Qafqaz Müsəlmanları İdarəsində Türkiyənin Əziz Mahmud Hüdayi Vəqfinin Fəxri Başqanı Osman Nuri Topbaş ilə Görüş Keçirilib
May ayının 7-də Qafqaz Müsəlmanları İdarəsində Türkiyənin Əziz Mahmud Hudayi Vəqfinin fəxri başqanı Osman Nuri Topbaşın Bakı İslam Universitetinin tələbələri ilə görüşü keçirilib. Görüşü açıq elan edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Azərbaycan və Türkiyə xalqları arasındakı tarixi dostluq və qardaşlıq münasibətlərindən söhbət açıb. Bu əlaqələrin ölkələrimizin siyasi, iqtisadi, dini, mədəni-mənəvi sahələrdə inkişafına təkan verdiyini vurğulayıb. Şeyxülislam Azərbaycanda...
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sədri Mübariz Qurbanlı Osman Nuri Topbaşla Görüşüb
May ayının 7-də Dini Qurumlara İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Türkiyənin Əziz Mahmud Hüdayi Vəqfinin fəxri başqanı Osman Nuri Topbaşın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Qonaqları səmimi salamlayan Dövlət Komitə sədri bildirib ki, Azərbaycanla Türkiyə dost və qardaş ölkədir. Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Azərbaycan-Türkiyə bir millət iki dövlətdir. Komitə sədri vurğulayıb ki, istər sovet...
Gəncliyə Yardım Fondunda “Çiçəklənən Azərbaycan” Adlı Sərgi Açılıb
Mayın 1-də Gəncliyə Yardım Fondunda Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 və Ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr olunmuş “Çiçəklənən Azərbaycan” adlı sərgi açılıb. Azərbaycan Rəssamlar İttifaqı, Gəncliyə Yardım Fondu, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin dəstəyi ilə keçirilən sərginin layihə rəhbəri gənc rəssam Elnurə İsgəndərova, təşkilatçısı isə Aygün İsgəndərovadır. Sərgidə müxtəlif yaş qruplarına mənsub rəssamların və dekorativ sənət ustalarının...
Azərbaycanlıların Soyqırımı və Dağlıq Qarabağ Həqiqətləri Avropa İctimaiyyətinə Çatdırılıb
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Gəncliyə Yardım Fondu tərəfindən “Azərbaycanlıların soyqırımı və Dağlıq Qarabağ həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılması” layihəsi çərçivəsində 22 aprel 2018-ci il tarixində Belçikanın Antverp şəhərində “Türkiyə Azərbaycan Əlaqələri və Ermənistan Problemi” mövzusunda konfrans keçirilib. Konfrans Antverp şəhərindəki Türk mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Gəncliyə Yardım...
“Kitab Tutan Balaca Əllər” Layihəsi Çərçivəsində 3 min Şagirdə 9 Adda Kitab Hədiyyə Edilib
Azərbaycan və Türkiyənin ortaq tarixi və mədəni dəyərlərinin yaşadılması və iki ölkə arasındakı mədəni əlaqələrin əsasını təşkil edən dahi şəxsiyyətlərin gələcək nəsillərə çatdırılması məqsədilə “Kitab tutan balaca əllər” layihəsi həyata keçirilib. Layihə aprelin 23-də Türkiyə Respublikası Baş Nazirlik Türk İnkişaf və Əməkdaşlıq Agentliyinin (TİKA), Gəncliyə Yardım Fondu və Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının birgə əməkdaşlığı çərçivəsində reallaşıb. Əvvəlcə Türkiyə...
2018 Azərbaycanlıların Soyqırımı və Dağlıq Qarabağ Həqiqətləri Avropa İctimaiyyətinə Çatdırılacaq
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Gəncliyə Yardım Fondu “Azərbaycanlıların soyqırımı və Dağlıq Qarabağ həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılması” layihəsi çərçivəsində 22 aprel 2018-ci il tarixində Belçikanın Antverp şəhərində “Türkiyə Azərbaycan Əlaqələri və Ermənistan Problemi” mövzusunda konfrans keçirəcəkdir. Konfrans Antverp şəhərindəki Türk mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Gəncliyə Yardım Fondu...
Bilal Erdoğan və Türkiyənin Gənclər və İdman Naziri GYF-nin Qonağı Olub
18.04.2018-ci il tarixində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin gənclər və idman nazirlərinin 4-cü konfransı münasibəti ilə Bakıda rəsmi səfərdə olan Türkiyə prezidenti Recep Tayyip Erdoğanın oğlu, İş adamı Bilal Erdoğan və Türkiyənin Gənclər və İdman Naziri Osman Aşkın Bak Gəncliyə Yardım Fondunun qonağı olub. Qonaqlarla birlikdə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral və Əziz Mahmut Hüdayi...