Sosial Fəaliyyətlər Türk Tələbələr GYF-də Bir Araya Gəldi

Türk Tələbələr GYF-də Bir Araya Gəldi

0

Bu gün Türkiyə Cümhuriyyəti Bakı Böyükelçiliyinin təhsil müşaviri Mahmut Ağırmanın dəvəti ilə Azərbaycanda fərqli universitetlərdə  təhsil alan və sosial fəaliyyətlərdə aktiv olan türk tələbələr Gəncliyə Yardım Fondunda bir araya gəlib. Tələbələr Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecimlə görüşüblər. Səmimi çay ‎süfrəsi ətrafında davam edən görüşdə  Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim qonaqlara Fondun xeyriyyə fəaliyyətləri ‎haqqında geniş məlumat verib.

Cənab Tecim bildirib ki, qurulduğu ‎gündən bu günə qədər Gəncliyə Yardım Fondu, həyata keçirdiyi ‎humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə ‎arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə ‎xidmət edir. ‎

 Türkiyə Cümhuriyyəti Bakı Böyükelçiliyinin təhsil müşaviri Mahmut Ağırman Gəncliyə Yardım Fondunun bütün tələbələrin ən doğma məkanı olduğunu qeyd edib. Müşavir, milli və mənəvi dəyərləri özündə ehtiva edən layihələrin həyata keçirilməsində göstəriləcək dəstəkdən və fondun gənclərə təhsil sahəsində təqdim etdiyi imkanlardan istifadə edə biləcəklərini onların diqqətinə çatdırıb.

Azərbaycanda fərqli universitetlərdə bakalavr, magistratura və doktorantura təhsili alan türk tələbələr də  öz növbəsində  fond rəhbərliyinə bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə görə dərin minnətdarlığını ‎bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində ‎uğurlar arzulayıb.‎

Görüşün sonunda qonaqlara Gəncliyə Yardım Fondunun xatirə ‎hədiyyəsi təqdim edilib.