Qardaş ölkənin şəhidləri yad olundu‎

Bu gün Gənclər və İdman Nazirliyi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə paytaxt gəncləri, Gəncliyə Yardım Fondunun nümayəndələri, idman idarələri, fəal gənclər, ictimai birliklər və TGT-nın nümayəndələri dünən Türkiyənin Ankara şəhərində baş vermiş terror aktında dünyasını dəyişən insanları yad etmək məqsədilə Türkiyənin Azərbaycandakı səfirliyinin qarşısına toplaşıblar. Gənclər səfirliyin önünə gül dəstələri qoyub, iki ölkənin bayraqlarını dalğalandıraraq, terror...

Türkiyədən Gələn Tələbə Gənclərin Ziyarəti Davam edir…

Keçmişin İzində Gələcəyə Yürüyən Gənclik layihəsi çərçivəsində Türkiyədən Azərbaycana gələn gənclərin Bakıdakı ziyarətləri davam edir. Layihə iştirakçıları Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil qoyublar. İştirakçılar həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının məzarlarını ziyarət ediblər. Türkiyədən gələn gənc tələbələr Quba soyqırım məzarlığını da ziyarət ediblər. Layihə iştirakçıları Quba Soyqırım Memorial...

Keçmişin İzində Gələcəyə Yürüyən Gənclər Bakıdadır…

T.C. Nazirlər Kabineti və Qohum Topluluklar Komitəsinin (YTB) dəstəyi, Türkiyənin  Beynəlxalq Gənc Dərnəyi, Könüllü Gənclər İctimai Birliyi və Gəncliyə Yardım Fondunun təşkilatçılığı  ilə həyata keçirilən, Keçmişin izində Gələcəyə Yürüyən Gənclik layihəsi çərçivəsində Türkiyə və Azərbaycandan seçilən tələbələr qarşılıqlı olaraq iki ölkəni ziyarət edir. Layihə çərçivəsində, ilk olaraq Türkiyədən seçilən tələbələr Azərbaycana gəlib. İki ölkənin ortaq mədəni və tarixi irsi haqqında...

Gəncliyə Yardım Fondunun kollektivi Şəhidlər Xiyabanını ziyarət ediblər

Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev başda olmaqla fondun bütün kollektivi Şəhidlər Xiyabanına gələrək 20 yanvar faciəsinin qurbanlarının məzarlarını ziyarət edib, məzarlar üzərinə tər qərənfillər düzüblər. Qeyd edək ki Fond, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsinin 26-ci ildönümünə həsr edilmiş bir sıra tədbirlər də həyata keçirmişdir.

‎“20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir”‎

“20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda inşa müsabiqəsinin qalibləri mükafatlandırıldı. Bu gün Gəncliyə Yardım Fondu və Bakı şəhər Gənclər və İdman Baş İdarəsi  tərəfindən 20 yanvar faciəsinin 26-ci ildönümünə həsr olunmuş mərasimlə bağlı konfrans və Bakı şəhər orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “20 yanvar xalqımızın qəhrəmanlıq səlnaməsidir” mövzusunda inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. Gəncliyə Yardım Fondunun və Bakı Şəhər...

Onların sevinci bizim sevincimizdir

Bu gün Gəncliyə Yardım Fonduna  tərəfindən, sağlamlıq imkanları məhdud olan 2 gəncə əlil arabası verilib. Bunlardan biri Bakı şəhəri Xətai rayonunda yaşayan Həsənov Hikmət Zöhrab oğlu, digəri isə Bakı şəhəri Suraxanı rayonunda yaşayan, Zəkəriyəyeva Cəmilə Mikayıl qızına verilib. Əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud vətəndaşlar əlil arabaları ilə faktiki yaşadıqları ünvanlarda, Gəncliyə Yardım Fondunun nümayəndələri tərəfindən şəxsən əlil...

GYF Onlarıda Sevindirdi

Gəncliyə Yardım Fondu  İmişli rayonunda 3 ədəd əlilliyi olan və sağlamlıq imkanları məhdud şəxsləri əlil arabaları ilə təmin edib. İmişli rayonunda yaşayan əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud vətəndaşlar əlil arabaları ilə faktiki yaşadıqları ünvanlarda, Gəncliyə Yardım Fondu  tərəfindən Abbasova Azadbəyim Bəndalı qızı, Tağıyev Ataxan və Şirinov Əli Nemət oğlu əlil arabaları ilə təmin olundular. Beynəlxalq aləmdə də əlillərə qayğı...

Həmrəylik Günü Ərəfəsində GYF-dən Daha Bir Xeyirxah Addım

Gəncliyə Yardım Fondu  Cəlilabad rayonunda 4 ədəd əlilliyi olan şəxsləri və sağlamlıq imkanları məhdud uşaqları əlil arabaları ilə təmin edib. Regionlarda yaşayan əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar müvafiq hallarda əlil arabaları ilə faktiki yaşadıqları rayonlarda, Gəncliyə Yardım Fondu  tərəfindən təmin olunurlar. Bu isə həmin insanların əlil arabaları ilə təmin olunmaq üçün, uzaq məsafə qət edərək və xərc...

Gədəbəy rayonunda fiziki qüsürlü soydaşlarımıza 10 əlil arabası verildi.‎

İnsanları sevmək, onlara qayğı göstərmək, ən azından onların dərdlərinə şərik olmaq, imkansız ailələrə imkanımızın çatdığı qədər yardımların edilməsi ən azından insanlıq və vətəndaşlıq borcumuzdur. Bir insanı sevindirməyin nə qədər dəyərli bir əməl olduğunu hər birimiz çox yaxşı bilirik. Hələ sevindirdiyimiz insanın fiziki qüsurlu olması, özünü kifayət qədər istədiyi kimi idarə edə bilməməsi və onun digər insanlardan daha çox qayğıya...

GYF Rəhbərliyi TBMM Başqanı ilə Görüşdü

Gəncliyə Yardım Fondu Himayəçilər Şurasının Sədri Ahmet Tecim Azərbaycanda rəsmi səfərdə olan TBMM Başqanı İsmail Kahraman ilə görüşüb. Türkiyə Cumhuriyyəti Bakı Böyükelçiliyində baş tutan görüşdə TBMM Başqanına Gəncliyə Yardım Fondunun fəaliyyətləri haqqında geniş məlumat verilib. İsmail Kahraman Fondun Azərbaycandakı fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində uğurlar arzulayıb. Görüş səmimi söhbətlə davam edib və qonaqla xatirə şəkilləri çəkilib. Qeyd edək ki,...