“Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilmişdir

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə  Gəncliyə Yardım Fondunda Ümummilli Lider Heydər Əliyevin 92-ci ildönümünə həsr olunmuş konfrans və Bakı şəhər orta məktəblərinin şagirdləri arasında  “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilmişdir Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Prezident Administrasiyasının məsul...

“Hacı Zeynalabdin Tağıyev adına xeyriyyəçilik məktəbi” layihəsinə start verildi

Qeyri-hökümət təşkilatları və ictimaiyyət nümayəndələrinin iştrakı ilə 02.05.2015 tarixində təşkil edilən layihə təqdimatı təşkilatçılar - “ Damla” İctimai Birliyi, “Yeni Yol” İctimai Birliyi, Gəncliyə Yardım Fondu, və TİKA- Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Bakı ofisi tərəfindən Gəncliyə Yardım Fondunun konfrans salonunda həyata keçirildi. Xeyriyyəçilik işləri mövzusunda davamlı seminar və təlimlərin keçirilməsini əhatə edən layihənin təqdimatı tədbir iştrakçıları tərəfindən böyük...

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Osman Nuri Toppaşla görüşüb

Aprelin 27-də Dini Qurumlara İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı  türkiyəli ilahiyyatçı Osman Nuri Toppaşın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Qonaqları səmimi salamlayan Dövlət Komitə sədri bildirib ki, Azərbaycanla Türkiyə dost və qardaş ölkədir. Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Azərbaycan-Türkiyə bir millət iki dövlətdir. Komitə sədri vurğulayıb ki, istər sovet dönəmində, istərsə də müstəqillik dövründə Ulu...

Qafqaz Müsəlmanları İdarəsində Türkiyənin Əziz Mahmud Hudayi Vəqfinin fəxri sədri Osman Nuri Topbaş ilə görüş keçirilib

Aprelin 27-də Qafqaz Müsəlmanları İdarəsində Türkiyənin Əziz Mahmud Hudayi Vəqfinin fəxri sədri Osman Nuri Topbaşın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə ikitərəfli münasibətlərdən, dini məsələlərdən danışılıb. Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycan və Türkiyə xalqları arasındakı tarixi dostluq və qardaşlıq münasibətlərindən söhbət açıb. Bu əlaqələrin ölkələrimizin siyasi, iqtisadi, dini, mədəni-mənəvi sahələrdə inkişafına təkan verdiyini vurğulayıb. Şeyxülislam Azərbaycanda...

Azərbaycanlı Gənclər Çanaqqalaya Yola Düşdü

Hər il Çanaqqala döyüşündə həlak olan gənc əsgərlərin xatirəsi yad edilir. Simvolik olaraq azyaşlı məktəblilər  və gənclər Çanaqqalaya göndərilir. Bu il 100 illiyi qeyd edilən bu mərasimə qatılmaq üçün Azərbaycandan da 400 gənc Türkiyəyə yola düşüb. İştirakçılar Şəhidlər Xyabanını və Türk Şəhidliyini ziyarət edərək, buradan torpaq götürüb özləri ilə Çanaqqalaya aparıblar. Gəncliyə Yardım Fondu və Türk İş adamları Koordinasiya Agentliyinin (TİKA)...

Çanaqqala şəhidləri anıldı

18.04.2015-ci il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan və Türkiyə şəhidlərini anma tədbiri keçirilib. “Keçmişdən gələcəyə Çanaqqala ruhu” mövzusunda sərgi-tədbir TİKA Bakı koordinatorluğu, Gəncliyə Yardım Fondu və Azərbaycan Milli QHT Formunun birgə təşkilatçılığı ilə baş tutub.Tədbirdə bir sıra dövlət və hökumət nümayəndələri, QHT rəhbərləri və KİV nümayəndələri iştirak ediblər.  Əməkdar artist Ağalar Bayramovun idarə etdiyi mərasimdə əvvəlcə şəhidlərin xatirəsi...

“Birlikdə Yaşama Əxlaqı” adı altında tədbir keçirildi

17.04.2015-ci il tarixində Gəncliyə Yardım Fondunun H.Z.Tağıyev adına konfrans zalında T.C. Bakı Böyükelçiliyi Din xidmətləri müşavirliyinin təşkilatçılığı ilə Hz. Məhəmməd Peyğəmbərin doğum gününə həsr olunmuş “Hz. Peyğəmbər və Birlikdə Yaşama Əxlaqı” adı altında tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının dövlət himni və Türkiyə Cumhuriyyətinin İstiqlal Marşı ilə açıq elan edilmiş və Qurani-Kərimdən ayələr oxunmuşdur. Daha sonra Hz. Peyğəmbərimizin nümunəvi həyatında sevgi, hörmət və mərhəmətə...

İRFAN jurnalı 100-cü sayını qeyd etdi

2005-ci ildən nəşr olunan “İrfan” ictimai fikir jurnalı aprel ayının 4-də 100-cü sayının çıxması münasibəti ilə tədbir təşkil etdi. Gəncliyə Yardım Fondunun konfrans salonunda qeyd olunan yubiley mərasimində Türkiyənin Azərbaycan Səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz, Türkiyənin Azərbaycandakı sabiq Din Xidmətləri müşaviri Sadık Eraslan və yeni müşavir Kamil Güneş, Bakı Dövlət Universitetinin və Bakı İslam Universitetinin müəllimləri, bir sıra tanınmış...

“İstedadlı Gənclərimiz” Gürcüstanda oldu

Azərbaycan Respublikası Gəncliyə Yardım fondunun dəstəyi ilə bir qrup istedadlı gənc Gürcüstanda oldu. Bayram tətilinə təsadüf edən gəzinti zamanı Tiflis, Rustavi, Qardabani və Marneuli şəhərlərinə baş çəkildi.  Tələbələr Gürcüstanın tarixi, mədəni və iqtisadi mərkəzi olan Tiflisin rəmzi sayılan Kür çayının sahillərini, 150 illik tarixi olan Tiflis cümə məscidini və ona yaxın yerləşən ümummilli lider Heydər Əliyevin adına olan parkı,  tarixi...

Tanınmış Yazıçı Səma Maraşlı GYF-də Oxucularla Görüşdü

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Bakı Proqram Koordinasiya ofisinin təşkilatçılığı ilə Azərbaycanda olan yazıçı-publisit, ailə dəyərlərinə həsr olunmuş maraqlı kitabların müəllifi Səma Maraşlı Gəncliyə Yardım Fondunda Azərbaycan oxucuları ilə görüşüb və bu yaxınlarda Azərbaycan dilinə tərcümə olunmuş “Məhəbbətə 40 Addım” adlı kitabının imza atma mərasimində iştirak etmişdir. Səma Maraşlı Gəncliyə Yardım Fondunun ənənəvi XII əl işləri Xeyriyyə Sərgisində...