Konyadan Gələn Qonaqlar Gəncliyə Yardım Fondunda olublar
Türkiyə Cumhuriyyəti Konya şəhərinin Meram bələdiyyəsi sədri Fatma TORU xanım və heyəti keçdiyimiz günlərdə Azərbaycanda səfərdə olublar. Səfər çərçivəsində Bakıda olan qonaqlar Gəncliyə Yardım Fondunu da ziyarət ediblər. Fondun fəaliyyətləri haqqında qonaqlara məlumat verən Himayəçilər Şurasının sədri Ahmet Tecim bu ziyarətlərindən ötrü onlara öz dərin minnətdarlığını bildirib. Qonaqlar da həmçinin bu fəaliyyətlərindən ötrü Fonda təşəkkür edib və belə fəaliyyətlərin davamlı...
GYF Rəhbərliyi BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda İştirak Edib
“İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” devizi altında keçirilən forumda BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, media və akademiyaların təmsilçiləri, donor təşkilatlar və fondler daxil olmaqla ümumilikdə 2000-ə yaxın qonaq qatılıb. Tədbirdə Gəncliyə Yardım Fondunun Himayəçilər Şurasının sədri Ahmet Tecim, və Fondun Vitse-Prezidenti Salman Əliyev...
Prof. Dr. İrfan GÜNDÜZ “Gələcəyinizi göylərdə deyil, köklərinizdə axtarın”
Gəncliyə Yardım Fondu və Türk İşadamları Koordinasiya Ajansının (TİKA) birgə əməkdaşlığı ilə 19-24.04.2016 tarixlərində Türkiyənin fikir adamlarından olan ilahiyyatçı-yazar Prof. Dr. İrfan Gündüz Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində qonaq Qafqaz Müsəlmanları idarəsinin sədri Hacı Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və bir sıra dövlət xadimləri ilə görüşüb. Daha sonra İrfan Gündüzün səfəri rayonlarda da...
Cəbhə bölgəsindəki yaşayan insanlarla görüşdük
Gəncliyə Yardım Fondu təmas xəttində yaşayan ailələrə 200 ədəd ərzaq paketi paylayıb. 15.04.2016 tarixində Gəncliyə Yardım Fondu və Tərtər Rayon İcra Hakimiyyəti birgə əməkdaşlığı ilə həyata keçirilən layihə çərçivəsində Tərtər rayonu Qapanlı kəndində yaşayan 200 ailəyə ərzaq yardımı edib. Kənd sakinləri ilə görüşən Fondun əməkdaşları son günlərdə yaranan çətin vəziyyətlə bağlı onların yanında olduqlarını vurğulayıblar. Sonda kənd sakinləri Fondumuza hər zaman...
GYF-də Erkən və Məcburi Nikahların Ağır Nəticələri Müzakirə Edildi
Bu gün Gəncliyə Yardım Fondunun konfrans zalında, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşkilatçılığı ilə “Erkən Nigah Gənc Ailə və Məişət Zorakılığı” mövzusunda konfrans keçirilib. Konfransda müxtəlif universitetlərin tələbələri, gənclər və mətbuat nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə açıq elan edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sədr müavini Aydın Yusifov...
GYF Cəbhə bölgəsində xeyriyyə işlərini davam etdirir
Gəncliyə Yardım Fondu Tovuz rayonunda 3 ədəd əlilliyi olan və sağlamlıq imkanları məhdud şəxsləri əlil arabaları ilə təmin edib. Tovuz rayonunda yaşayan əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud vətəndaşlar əlil arabaları ilə faktiki yaşadıqları ünvanlarda, Gəncliyə Yardım Fondu tərəfindən Aydınova Cəmilə, Şəfəq Hüseynova və Qəhrəmanov Mustafa əlil arabaları ilə təmin olundular. Əlillərin hüquqlarının qorunması sahəsində Azərbaycanda bir sıra tədbirlər həyata...
“Mövlanadan Barış və Sevgi Damlaları” Proqramının İştirakçıları GYF-nin Qonağı Oldu
07.04.2016-ci il tarixində T.C. Nazirlər Kabineti və Qohum Topluluklar Komitəsinin (YTB) tərəfindən dəstəklənən və Gəncə Dövlət Üniversitetinin ev sahibliyini etdiyi “Mövlanadan Barış və Sevgi Damlaları” proqramı çərçivəsində Azərbaycanda səfərdə olan Afyonkarahisar şəhərinin İcra Başçısının müavini Ahmet Ali Barış, Ərazi Ümumi Məclisinin sədri Salih Sel, Bələdiyyə başçısı Burhanettin Çoban, Bələdiyyə Məclisinin üzvü Haydar Kaya, Ərazi Milli Təhsil İdarəsinin müdir müavini...
GYF-dən Azərbaycan Əsgərlərinə Dəstək
Aprelin 5-də cəbhə xəttində ermənilərin Azərbaycana qarşı təxribatı nəticəsində həlak olmuş hərbçilərimizin, mülki vətəndaşlarımızın xatirəsini anmaq və qəhrəman ordumuza dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenati yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə tədbir keçirilib. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın dövlət himni səsləndirilib. Gənclər Təşkilatları Milli Şurasının katibi Seymur Orucov şəhidlərin ailələrinə və xalqımıza səbr diləyib, bizim münaqişənin sülh yolu ilə...
GƏNCLƏRİMİZ DƏYƏRLƏRİMİZƏ SAHİB ÇIXDI
Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Gənclik və Dəyərlərimiz” layihəsinin mükafatlandırma mərasimi keçirildi. Tədbirin açılış mərasimində çıxış edən Gəncliyə Yardım Fondu Himayəçilər Şurasının Sədri Ahmet Tecim yetişməkdə olan gəclərimizin həyatında keçmişdən bu günümüzə qədər ata-babalarımızın qoruyub bizə miras buraxdığı dəyərlərin əhəmiyyətindən danışıb. Tədbirdə iştirak edən millət vəkili Məlahət İbrahimqızı öz çıxışında Azərbaycan-Türkiyə qardaşlığından, milli-mənəvi dəyərlərə sahib çıxmağın vacibliyindən söz açıb. Türkiyə Cümhuriyyətinin...
Gənclərimiz Çanaqqalanı Ziyarət Etdilər
Keçmişin İzində Gələcəyə Yürüyən Gənclər Çanaqqalanı ziyarət ediblər. Keçmişin İzində Gələcəyə Yürüyən Gənclik Layihəsinin Azərbaycandan olan iştirakçıları əvvəlcə layihə çərçivəsində Türkiyənin bir çox tarixi yerlərini ziyarət ediblər. Tələbələrin növbəti ziyarət məkanı tariximizin qürur yeri Çanaqqala olub. Tarixi həqiqətlərə şahidlik edən məkanlar gənclərin marağına səbəb olub. Qeyd edək ki, bu fəaliyyətlər T.C. Nazirlər Kabineti və Qohum Topluluklar Komitəsinin (YTB) dəstəyi, Türkiyənin Beynəlxalq...














