Sosial Fəaliyyətlər ReTweet referenduma onlayn dəstək kampaniyasının yekun tədbiri keçirilib

ReTweet referenduma onlayn dəstək kampaniyasının yekun tədbiri keçirilib

2

Bu gün  “Hyatt Regency” otelinin Quba zalında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşəbbüsü ilə həyata keçirilən “ReTweet” referenduma onlayn dəstək kampaniyasının yekun tədbiri keçirilib.

Tədbirdə Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Millət vəkili Hadı Rəcəbli və Gənclər Təşkilatlarının nümayəndələri, rəhbər işçiləri o cümlədən Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev və ictimai əlaqələr şöbəsinin müdiri Eldar Kərimov  iştirak edib.

Qeyd edək ki, kampaniya Gənclər Təşkilatları Milli Şurası “XƏTDƏ” proqramı çərçivəsində həyata keçirilib. Kampaniyanın əsas məqsədi gənclərin referendumla bağlı məlumatlılığının artırılması, dəyişikliklərin mahiyyətinin geniş ictimaiyyətə, xüsusən gənclərə çatdırılmasıdır. Yekun tədbirdə kampaniya ilə bağlı hesabat verilib, dövlət rəsmilərinin çıxışları dinlənilib və kampaniya müddətində fəal olmuş təşkilatların və gənclərin mükafatlandırılma mərasimi baş tutub.

Məlumat üçün qeyd edək ki, 15 sentyabr 2016-cı il tarixindən “Twitter” sosial şəbəkəsində təşkil olunan kampaniyaya start verilib. ARGTMŞ-ın komandası, üzvü olan gənclər təşkilatlarının nümayəndələri və fəal gənclərdən ibarət 153 nəfər tərəfindən yaradılan həştəqlərlə 8460 tvit yazılıb. Ümumillikdə “ReTweet” kampaniyası çərçivəsində #GoReferendum həştəqi ilə yazılan tvitlər 44 541 nəfərin profilində 1 257 115 dəfə görülüb.