Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

Həmrəylik Günü ilə Əlaqədar Şəhid Ailələri və Uşaq Evləri Ziyarət Edildi

Gəncliyə Yardım Fondu 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəlik Günü münsaibəti ilə  II Qarabağ müharibəsində şəhid və qazi olan qəhrəman övladlarımızn ailələrini ziyarət edib. Gəncliyə Yardım Fondunun təşəbbüsü ilə Türkiyə Cümhuriyyətinin…
Davamını oxu...

GYF Şəhid Övladının Ehtiyacını Qarşıladı

Gəncliyə Yardım Fondunun nümayəndələri Vətən Müharibəsində xüsusi şücaətlə döyüşərək şəhid olan Məmmədov İbrahim Nadir oğlunun ailəsini ziyarət edib. Hal-hazırda Goranboy rayonu Rəhimli kəndində yaşayan ailənin övladı Məmmədzadə Əli İbrahim serebral…
Davamını oxu...

Vətən Müharibəsi Qazisi Evində Ziyarət Edildi

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti II Qarabağ müharibəsi qazisi Ələkbərli Qurban Nərman oğlunu hazırda yaşadığı ünvanda ziyarət edib.‎ Qeyd edək ki, Qurban Ələkbərli Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşərək qəlpə…
Davamını oxu...

Göyçayda Şəhid Ailələri Ziyarət Edilib

Gəncliyə Yardım Fondunun nümyəndələri Göyçaydan olan şəhidlərimizin ailələrini ziyarət edib. Şəhid yaxınları ilə görüşən Fond nümayəndələri vətənimizin azdalığı uğrunda canlarından keçən vətən övladlarına hər birimizin borclu olduğunu qeyd ediblər. Qürur…
Davamını oxu...

Türkiyə Nazirlər Kabineti yanında Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Departamentinin rəhbəri GYF-nin qonağı oldu

Bu gün Bakıda səfərdə olan Türkiyə Nazirlər Kabineti yanında Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Departamentinin rəhbəri Kemal Yurtnaç Gəncliyə Yardım Fondunu ziyarət edib.

Fondun rəhbərliyi ilə görüşən qonaqlara günü gündən inkişaf edən Azərbaycan haqqında geniş məlumat verilib.

 Çay süfərsi ərtafında davam edən görüşdə Fondun həyata keçirdiyi fəaliyyətləri özündə əks etdirən video-rolik nümayiş etdirilb. 

Görüşdə Türkiyə Nazirlər Kabineti yanında Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Departamentinin rəhbəri Kemal Yurtnaç, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecimə bu uğurlu fəaliyyətlərinə görə öz təşəkkürünü bildirib və Gəncliyə Yardım Fondunun həyata keçirdiyi ləyihələrin iki dövlət arasındakı qardaşlıq əlaqələrinin daha da inkişafındakı əhəmiyyətindən danışıb.

Görüşün sonunda qonaqlara Azərbaycan tarixi və həqiqətlərini özündə əks etdirən Qarabağ: Suallar və Faktlar kitabı hədiyyə edilib və qonaqlarla xatirə şəkilləri çəkilib.