Sosial Fəaliyyətlər BİGA-da “Milli-Mənəvi Dəyərlər Kontekstində Şüurlu Gənclik” Adlı Seminar Keçirilib

BİGA-da “Milli-Mənəvi Dəyərlər Kontekstində Şüurlu Gənclik” Adlı Seminar Keçirilib

19

Martın 18-də Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlər kontekstində şüurlu gənclik” adlı seminar keçirilib. Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbərin iştirakı ilə keçirilən seminarda Türkiyənin İstanbul Sabahattin Zaim Universitetinin müəllimi Dos. Dr. Veysəl Akkaya məruzəçi qismində çıxış edib.

Bakı İstedadlı Gənclər Akademiyasının koordinatoru Şahalı Cəlilov əvvəlcə qonağa Akademiyanın məqsəd və fəaliyyətindən bəhs edib, daha sonra iştirakçılara qonaq haqqında ətraflı məlumat verib.

Dos. Dr. Veysəl Akkaya müasir gəncliyin həyata baxışının milli-mənəvi dəyərlər kontekstində formalaşmasının əhəmiyyətli olduğunu qeyd edib. Milli-mənəvi dəyərlərimiz insana kainatın bir maketi və gözəlliklərin cəm olduğu varlıq kimi baxır. İnsana xüsusi dəyər verdiyi kimi digər canlı və cansız varlıqlara da əhəmiyyət verirdiyi deyən Dos. Dr. Veysəl Akkaya gənclərin bu faktora diqqət yetirmələri halında cəmiyyətimizin süurlu gəncliyə malik olacağını bildirib.

Seminarın sonunda müvafiq mövzu ətrafında müzakirə aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.