Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

Gəncliyə Yardım Fondu Şəhid və Qazi Ailələrinə Sosial-Humanitar Yardıma Başladı

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Gəncliyə Yardım Fondunun həyata keçirdiyi “Pandemiya dövründə xüsusi risk qrupuna daxil olan şəhid və qazi ailələrinə sosial-humanitar yardımın…
Davamını oxu...

Bakı şəhərinin azad edilməsinin 102 illiyi ilə əlaqədar Türk Şəhidliyi ziyarət olunub

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal Bakı şəhərinin bolşevik-daşnak qüvvələrindən azad edilməsinin 102-ci…
Davamını oxu...

Gəncliyə Yardım Fondunun Xeyriyyə Fəaliyyətləri Davam Edir

Gəncliyə Yardım Fondu ehtiyac sahibi ailələrə qida yardımı paylayıb. Fondun əməkdaşları fonda edilmiş müraciətlər əsasında ehtiyac sahibi ailələrin mənzillərini ziyarət edib və onlara qida yardımı çatdırıb.
Davamını oxu...

GYF Ehtiyac Sahibi Ailələrin Qurban Paylarını Ünvanlarına Çatdırdı

Dövlət tərəfindən builki Qurban Bayramı kəsimləri ilə əlaqədar olaraq müəyyən edilmiş karantin günlərinin bütün şərtlərinə, o cümlədən maska, məsafə və təmizlik qaydalarına ciddi şəkildə riayət edilərək Gəncliyə Yardım Fondu tərəfindən…
Davamını oxu...

“Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilmişdir.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə  Gəncliyə Yardım Fondunda Ümummilli Lider Heydər Əliyevin 92-ci ildönümünə həsr olunmuş konfrans və Bakı şəhər orta məktəblərinin şagirdləri arasında  “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilmişdir

Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Prezident Administrasiyasının məsul işçisi Səbuhi Rzayev, Gəncliyə Yardım Fondunun vitse –  prezidenti Salman Əliyev, Təxris olunmuş hərbçilərin marifləndirmə İctimai birliyinin sədri Emin Həsənli və tanınmış vətənpərvər şair Vaqif  Nəcəfzadə və başqaları iştirak etmişlər.

Tədbirdə iştirak etmiş məktəblilərə  Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin yaradılmasında, milli-siyasi suverenliyin qorunub saxlanılmasında, sürətli iqtisadi inkişafa nail olunmasında, milli-mədəni irsin mühafizəsində misilsiz xidmətlərindən danışılmışdır.

Sonda “ Heydər Əliyev və Müstəqil Azərbaycan ” mövzusunda keçirilən inşa yazı müsabiqəsində I, II, III və 15 nəfər fərqlənmiş şagirdlər Baş İdarə və Gəncliyə Yardım Fondu  tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri və pul mükafatları verilmişdir. Nəticələrə görə I yerə Süleymanlı Şəbnəm (Səbail rayonu 7 saylı orta məktəb), II yerə Əsədzadə Humay (Nərimanov rayonu 304 saylı orta məktəb), III yerə isə Bədəlli Aliyə (Binəqədi rayonu 313 saylı orta məktəb) layiq görülmüşlər.