Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

‎ Azərbaycandan Qardaş Türkiyənin Afrin Əməliyyatına Dəstək:‎ ‎“Qardaşlığımız Əbədidir” Adlı Tədbir Keçirilib

Türkiyənin Afrində başlatdığı terrorla mübarizə hərəkatını dəstəkləmək və Azərbaycan-Türkiyə qardaşlığının əbədi olduğunu bəyan etmək üçün Azərbaycan QHT-ləri "Qardaşlığımız Əbədidir" devizi altında silsilə tədbirlər keçirmək məqsədilə təşkilat komitəsi yaradıb.
Davamını oxu...

GYF Rəhbərliyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin ‎Yaradılmasının 6-cı ‎İldönümü İlə Bağlı Tədbirdə İştirak edib

13 fevral 2018-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət ‎Xidmətinin yaradılmasının 6-cı ildönümü ilə əlaqədar tədbir həyata keçirilib. Bu münasibətlə ‎Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət…
Davamını oxu...

BDU Jurnalistika Fakultəsinin Dekanı GYF-nin Qonağı Olub

08.02.2018-ci il tarixində Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, Bakı Dövlət Universitetinin Tədris-teleradio studiyası əməkdaşı Ramin Rzayev və Müasir İnkişaf İctimai Birliyinin idarə heyətinin sədri Mübariz Göyüşlü, Gəncliyə…
Davamını oxu...

‎“Necə Öyrənək, Necə Öyrədək?” Seminarı Uğurla Başa Çatıb

İGEDER (İstanbul Gönüllü Eğitimciler Derneği) və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun (GYF) birgə təşkil etdiyi “Necə Öyrənək, Necə Öyrədək?” seminarı uğurla başa çatıb. İGEDER İdarə heyətinin sədri Nuri Özkan və…
Davamını oxu...

‎“Davosa Doğru-Bakı” Forumu Keçirilib

Azərbaycan Diplomatik Akademiyasinda (ADA), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Prezidenti yanında Gənclər Fondu və "Youth İnc" Gənclərin Sahibkarlıq Proqramının dəstəyi ilə 17.01.2017-ci il tarixində "Davosa Doğru-Bakı" Forumu keçirilib. Forumda Gəncliyə Yardım Fondunun nümayəndə heyəti iştirak edib.

Tədbirin təçkilatçısı Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və "Global Shapers Community Baku" tərəfindən təşkil olunan forum gənc sahibkarların biznes təşəbbüslərinin sərgisi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Diplomatik Akademıyasının (ADA) icraçı prorektoru Fariz İsmayılzadə forumda müxtəlif sahələrdə gənclər üçün iş imkanları barədə müzakirələrin aparılacağını söyləyib.

İştirakçılardan Azərbaycan Prezidenti yanında Gənclər Fondu, "Global Shapers Community Baku"-nun icraçı kuratoru Fərhad Hacıyev gələcəkdə bu forumda daha çox iş adamının iştirakının nəzərdə tutulduğunu vurğulayıb.

Sonda gənc sahibkarların startaplarının videoçarxları nümayiş etdirilib, panel mövusu ilə bağlı müzakirələr olunub.

Qeyd edək ki, Forumun nəticələri yanvarın 19-da Dünya İqtisadi Forumuna canlı bağlantı vasitəsi ilə Dünya İqtisadi Forumunda səsləndiriləcək və mövzu üzrə onlayn beynəlxalq panel sessiyası təşkil olunacaq.