Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

Türkiyənin Məşhur Yazıçıları GYF-də Gənclərlə Görüşüb

24.04.2018-ci il tarixində “Kitab tutan balaca əllər” layihəsi çərçivəsində Azərbaycanda səfərdə olan bir qrup Türkiyəli yazar Gəncliyə Yardım Fondunun qonağı olub. Qonaqlar Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans…
Davamını oxu...

‎“Kitab Tutan Balaca Əllər” Layihəsi Çərçivəsində ‎‎3 min Şagirdə 9 Adda Kitab Hədiyyə Edilib ‎

Azərbaycan və Türkiyənin ortaq tarixi və mədəni dəyərlərinin yaşadılması və iki ölkə arasındakı mədəni əlaqələrin əsasını təşkil edən dahi şəxsiyyətlərin gələcək nəsillərə çatdırılması məqsədilə “Kitab tutan balaca əllər” layihəsi həyata…
Davamını oxu...

Azərbaycanlıların Soyqırımı və Dağlıq Qarabağ Həqiqətləri Avropa İctimaiyyətinə ‎Çatdırılıb

Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Gəncliyə Yardım Fondu tərəfindən “Azərbaycanlıların soyqırımı və Dağlıq Qarabağ həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılması” layihəsi çərçivəsində 22 aprel 2018-ci il…
Davamını oxu...

Azərbaycanlıların Soyqırımı və Dağlıq Qarabağ Həqiqətləri Avropa İctimaiyyətinə ‎Çatdırılacaq

Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Gəncliyə Yardım Fondu “Azərbaycanlıların soyqırımı və Dağlıq Qarabağ həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılması” layihəsi çərçivəsində 22 aprel 2018-ci il tarixində…
Davamını oxu...

QHT nümayəndələri İftar süfrəsində bir araya gəldi...‎

14.06.2017-ci il tarixində Gəncliyə Yardım Fondunda QHT-sədr və nümayəndələri üçün iftar süfrəsi açılıb. Tədbirdə 140-dan artıq QHT nümayəndəsi iştirak edib. Tədbir müqəddəs Qurani-Kərimdən ayələrin tilavəti ilə başlayıb. Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim qonaqları salamlayaraq Ramazan ayı münasibətilə hər kəsi təbrik edib. O öz çıxışında bu gözəl günlərin dostlar arasındakı münasibətlərin günclənməsinə vəsilə olacağına inandığını vurğulayıb. Ahmet Tecim eyni zamanda həmin gün Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndindəki yenidən qurma işləri ilə yaxından tanış olması,  tarixi Şuşa məscidinin memarlıq üslubunda inşa edilən məscidin açılışında iştirak etməsi də bu gözəl ayda müsəlmanlar üçün böyük bir sevinc və tarixi Azərbaycan torpaqları olan Qarabağ torpaqlarına qayıdışın nişanələridir deyə qeyd edib.

İftar süfrəsində iştirak edən qonaqlardan T.C. Bakı Böyükelçiliyinin Din Müşaviri Prof.Dr. Kamil Güneş qonaqlara Ramazan ayının fəziləti haqqında məlumat verib. Daha sonra Millət Vəkilləri Novruz Aslan, Fazil Mustafa, Sona Əliyeva və Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru  Cəfər Cəfərov çıxış edərək fondun Ramazan ayındakı bu kimi xeyriyyə tədbirlərini yüksək qiymətləndirib və tədbir iştirakçılarının timsalında bütün müsəlman aləmini qarşıdan gələn Ramazan Bayramı münasibəti ilə təbrik ediblər.

Qeyd edək ki, hər il ənənəvi olaraq Ramazan ayının əvvəlindən sonunadək Gəncliyə Yardım Fondunun konfrans zalında təşkil edilən iftar proqramları bu il də davam edir. Gündəlik 300 nəfər üçün hazırlanan iftar süfrələrində cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar iştirak edir və Ramazan ayının sevincini birlikdə yaşayırlar.