Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

Cocuq Mərcanlıda İftar Süfrəsi Açılıb

04.06.2018-ci il tarixində Gəncliyə Yardım Fondu erməni işğalından azad olunmuş Cəbrayıl rayon Cocuq Mərcanlı kəndində iftar süfrəsi təşkil edib. İftar süfrəsində Cocuq Mərcanlı sakinləri və əsgərlər iştirak edib.
Davamını oxu...

QHT nümayəndələri İftar süfrəsində bir araya gəldi...‎

30.05.2018-ci il tarixində Gəncliyə Yardım Fondunda QHT-sədr və nümayəndələri üçün iftar süfrəsi açılıb. Tədbirdə 140-dan artıq QHT nümayəndəsi iştirak edib. Tədbir müqəddəs Qurani-Kərimdən ayələrin tilavəti ilə başlayıb. Gəncliyə Yardım Fondunun…
Davamını oxu...

‎ Azərbaycan Xalq Cümhuriyyətinin 100 İlliyi münasibəti ilə Təbrik Edirik!‎

‎100 il əvvəl Şərqdə ilk demokratik respublika qurulub.‎ ‎ ‎Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis ‎şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri ‎olduğu Azərbaycan Milli…
Davamını oxu...

Gəncliyə Yardım Fondunda Şəhid Ailələri Üçün İftar Süfrəsi Açıldı

22.05.2018 tarixində Türkiyə Səfirliyinin Din Xidmətləri Müşavirliyi tərəfindən Gəncliyə Yardım Fondunun konfrans zalında şəhid və qazi ailələrinə iftar süfrəsi açılıb. İftar programında  şəhid ailələri ilə birlikdə tələbələr və imkansız ailələr…
Davamını oxu...

Gənclər Üçün Yeni İmkanlar Yaradılır

Türkdilli Dövlətlərlə Dostluq və Əməkdaşlıq Cəmiyyətinin təklifi və Türk İşbirliyi və Koordinasiya Agentliyi Başqanlığı Bakı Ofisinin (TİKA) dəstəyi ilə Abşeron rayonunun Güzdək qəsəbəsində gənclərin idmana marağını artırmaq və asudə vaxtlarının daha səmərəli keçirmələrinə dəstək olmaq məqsədi ilə hazırlanmış kiçik ölçülü idman meydançasının açılış mərasimi keçirilib.

Tədbir Azərbaycan Respublikasının dövlət himni və Türkiyə Cumhuriyyətinin İstiqlal marşı ilə açıq elan edilib.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxış edərək qeyd edib ki, əsas məqsəd idman meydançasının açılışı deyil, Türkiyə-Azərbaycan qardaşlığının gözəl bir nümunəsini görməkdir. Türkiyə ilə Azərbaycanın iki dövlət bir millət olduğunu qeyd edərək, Türkiyənin gücünün Azərbaycanın gücü, Azərbaycanın gücünün isə Türkiyənin gücü olduğunu və birlikdə daha güclü olduğumuzu qeyd edib.

Mərasimdə TİKA Bakı Ofisinin koordinatoru Adəm Urfa, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, Türkdilli Dövlətlərlə Dostluq və Əməkdaşlıq Cəmiyyətinin sədri Eldəniz Salmanov, Gənclər və İdman Nazirliyinin nümayəndələri, müxtəlif universitetlərdə təhsil alan gənclər və mətbuat nümayəndələri iştirak edib.

Qeyd edək ki, Türk İşbirliyi və Koordinasiya Agentliyi Başqanlığı Bakı Ofisinin (TİKA) dəstəyi ilə hazırlanan mini idman kompleksinin tərkibində futbol, voleybol və basketbol kimi idman oyunları üçün şərait yaradılıb. Gənclərin aktiv həyata sahib olmaları, müxtəlif idman oyunları ilə sağlam həyata yiyələnmələri və asudə vaxtlarının səmərəli keçirmələri məqsədi ilə hazırlanan kompleksdən qəsəbədə məskunlaşan ailələrin övladları da rahatlıqla istifadə edə biləcək. Ən son modern üslübda hazırlanan kompleks ayrı-ayrılıqda fərqli idman növlərindən istifadə etməyə ikman verir. Kompleksin tikintisində gənclərin bütün ehtiyacları nəzərə alınmış və onların günün istənilən saatında idmanla məşğul ola bilmələri üçün kompleksin işiqlandırılmasına xüsusi diqqət yetirilmişdir. Ümid edirik ki, bu mini idman kompleksi həm gənclərin fiziki və mənəvi cəhətdən sağlam yetişmələrinə, həm də ərazidəki abadlaşdırma işlərinə öz töhfəsini verəcəkdir.