Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF-də Ehtiyac Sahibi Ailələrə Qurban Əti Paylandı

Məlum olduğu kimi Gəncliyə Yardım Fondu milli və mənəvi cəhətdən əlamətdar hesab olunan günlərdə xüsusi yardıma ehtiyacı olan insanlara yardımlar edir. Dünya müsəlmanlarının müqəddəs bayramlarından olan Qurban bayramı münasibəti ilə…
Davamını oxu...

Türkiyə Dəyanət Vəqfinin Nümayəndələri GYF-ni Ziyarət Edib

Bu gün müqəddəs Qurban bayramı münasibəti ilə Azərbaycanda səfərdə olan Türkiyə Dəyanət Vəqfinin  nümayəndəsi, sabiq Türkiyə Cümhuriyyəti Bakı Böyükelçiliyinin Din İşləri Müşaviri Dr. Sadık Eraslan, TDV icraçı direktorunun köməkçisi Sait…
Davamını oxu...

GYF nin fəaliyyətləri yüksək qiymətləndirilib

Bakı şəhər Gənclər və İdman Baş İdarəsində 26 iyul - Gənclər və İdman Nazirliyinin  yaranması gününə həsr olunmuş tədbir keçirilib. Mərasimdə idarə rəisi Raqif Abbasov əlamətdar günün tarixindən, gənclər və…
Davamını oxu...

GYF Uşaqları Yenə Sevindirdi

Bu gün Gəncliyə Yardım Fondunda uşaq ədəbiyyatı yazarı Əziz Sultanovun uşaqlarla görüşü keçirilib. Yay düşərgəsində iştirak edən uşaqlarla görüşən yazıçı onlara maraqlı məlumatlar verib. Daha sonra uşaqlara “Hekayələrlə Hikmətlər” kitabı…
Davamını oxu...

‎20 Yanvar Faciəsinə Həsr Olunmuş İnşa Yazı Müsabiqəsinin Qalibləri Mükafatlandırıldı‎

Bu gün Gəncliyə Yardım Fondu və Bakı şəhər Gənclər və İdman Baş İdarəsi  tərəfindən 20 yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş mərasimlə bağlı konfrans və Bakı şəhər orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “20 yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

Gəncliyə Yardım Fondunun və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə iştirakçılar 20 Yanvar hadisələrini əks etdirən sərgi ilə tanış olub. Daha sonra 1990-cı ilin Qara Yanvar qurbanlarının xatirəsini yad edilib, Qanlı Yanvar faciəsindən bəhs edən videoçarx nümayiş olunub. Gəncliyə Yardım Fondunda həyata keçirilən tədbir 20 yanvar facisəninin 29-cu ildönümünün yad edilməsi, gənc nəslin nümayəndələrinə vətənə sevgi hisslərinin aşılanması, onlar arsında milli vətənpərvərlik ruhunun və Azərbaycan tarixinin təbliğ olunması, istedadlı şagirdlərin inşa yazı sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmək üçün şəraitin yaradılması məqsədilə baş tutub.

Tədbirdə çıxış edən Gəncliyə Yardım Fondunun icracı katibi Sedat Demir “Bizi bu gün burada bir araya gətirən ortaq dəyərlərimiz, ortaq hisslərimiz və şəhidlərin ruhuna olan hörmətimizdir. Şəhidlərimizin ruhu şad, məkanları cənnət olsun. Şəhid olmaq demək ölmək demək  deyil canını vətən yolunda qurban verərək ölməzliyə qovuşmaq deməkdir”. deyib

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov məktəblilərə savadlı, vətənpərvər olmağı tövsiyyə edib. Azərbaycan dövlətinin hər zaman gənclər siyasətinə böyük önəm verir vurğulayıb. Bütün məktəblilərə savadlı öz vətənini sevən bir gənc kimi yetişməyi tövsiyyə edib.  20 yanvar  faciəsinin xalqımızın qəhrəmanlıq səlnaməsi olduğunu xüsusi olaraq qeyd edərək gənclərə bu hadisəni unutmamağı və unutdurmamağı tövsiyyə edib

Ürəklərində vətən sevgisi olan şəhidlərimiz vətənin müstəqilliyi uğrunda 29 il öncə öz canlarından keçiblər. 20 yanvar günü Azərbaycanın və bütün Türk dünyasının hüzün günü olmaqla yanaşı həm də qəhrəmanlıq günüdür” deyə o, bildirib.

Tədbirdə çıxış edən, Azərbaycan bayrağı ordenli, ehtiyatda olan general İsgəndər Allahverdiyev tariximizdə vətənlərimiz azadlığı və istiqlalı uğrunda canlarını fəda etmiş şəhidlərin gələcək nəsillər tərəfindən tanınmasının əhəmiyyətindən danışıb..

Daha sonra çıxış edən Azərbaycan bayrağı ordenli, ehtiyatda olan polkovnik Hikmət Ağayev o günlərin canlı şahidi olduğunu bildirərək, azadlığımızı, müstəqilliyimizi həmin şəhidlərə borçlu olduğumuzu qeyd edib.

Tədbirdə çıxış edən 20 Yanvar İctimai Birliyinin sədri Sədri Sultan Əzimzadə öz çıxışında iki qardaş dövlətin tarix boyu bütün çətin anlarda bir-birinin yanında olmasından və bu gündən sonra da bu birlikdəliyin davamlı olacağından danışıb.  Gəncliyə Yardım Fonduna və onun rəhbərliyinə xüsusı təşəkkürünü bildirib.  

Sonra mövzu ilə bağlı ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında keçirilən inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Müsabiqədə müvafiq olaraq fərqlənmiş səkkiz nəfər və  birinci, ikinci və üçüncü yerləri tutmuş Xətai rayonu 86 saylı orta məktəbin şagirdi Teyyubova Limanə (III yer), Binəqədi rayonu 83 saylı məktəbin şagirdi Yaqubova Xədicə (II yer) və Xəzər rayonu 149 saylı orta məktəbin şagirdi Babayeva Arifə (I yer) təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplomlar, pul mükafatları və xatirə hədiyyələri təqdim edilib.