Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF-Rəhbərliyi Bakının Azad Edilməsinin 101-ci İldönümü Münasibəti Təşkil Edilən Yürüşdə İştirak Edib

Müdafiə Nazirliyinin və Türkiyənin Azərbaycan səfirliyinin birgə təşkilatçılığı ilə Bakının azad edilməsinin 101-ci ildönümü münasibəti ilə yürüş keçirilib. Yürüş iştirakçıları Bakının azad edilməsinin 101-ci ildönümü münasibətilə 101 ədəd Azərbaycan Respublikasının…
Davamını oxu...

Türkiyədən Gələn Qazilər GYF-nin Qonağı Olub

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi və Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin dəvəti ilə Türkiyə Əməkli Subaylar Dərnəyinin, Türkiyə Müharib Qazilər Dərnəyinin, Türkiye Harp Malülü Gaziler ve Şehit Yakınları…
Davamını oxu...

GYF-də Ali Məktəblərə Qəbul Olunmuş Xocalı Məktəbliləri İlə Görüş Keçirilib

Əsas fəaliyyət sahələrindən biri təhsilə dəstək olan Gəncliyə Yardım Fondu hər il olduğu kimi bu ildə ali məktəblərə yüksək balla qəbul olunmuş tələbələri unutmadı. Xocalı məktəblərində oxuyub yüksək balla ali…
Davamını oxu...

GYF-Nümayəndələri “Xocalılı Ləfixanım” Sənədli Filminin Təqdimatında İştirak Edib

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Xocalılı Ləfixanım” adlı sənədli filmin təqdimatı keçirilib. Film  “Əlil qadınlar” Cəmiyyətinin layihəsi əsasında  Azərbaycan  Respublikası Prezidentinin QHT-na dövlət dəstəyi şurasının maliyyə yardımı ilə ərsəyə gəlib.…
Davamını oxu...

Gənclər Günü Münasibəti ilə Gənclər Kitab Oxudu

2 fevral “Gənclər Günü” münasibəti ilə Gəncliyə Yardım Fondu və Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti tələbələr arasında üç günlük kitab oxuma düşərgəsi həyata keçirib. Burada tələbələr əvvəlcədən özləri tərəfindən təyin olunmuş kitabları oxumaqla bərabər, sosial fəaliyyətlərdə və seminarlarda iştirak ediblər. Kitab oxuma düşərgəsində təxminən 70-ə yaxın Azərbaycanın müxtəlif universitetlərinin tələbələri iştirak edib. Proqramın yekun mərhələsi isə Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında baş tutub. Tələbələr burada oxuduqları kitabları müzakirə edib və qazandıqları bilgiləri bir-birləri ilə paylaşıblar.

Tələbələrlə görüşən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim onlara kitab oxumağın faydalarından və faydalı kitab oxuma texnikalarından danışıb. GYF-nin Təhsil şöbəsinin nümayəndəsi İftixar Lətifov isə bu kimi gənclərimizin intellektual  inkişafına dəstək olan  ənənəvi kitab oxuma proqramlarının gələcəkdə də dava edəcəyini vurğulayıb. Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin sədri Eldəniz Salmanov və GYF mətbuat şöbəsinin müdiri Eldar Kərimov da gənclərə öz tövsiyələrini bildirib və onları Gənclər Günü münasibəti ilə təbrik ediblər.

Tədbirin sonunda kitab oxuma proqramında iştirak edən bütün tələbələrə təşəkkürnamələr təqdim edilib və xatirə şəkili çəkilib.

Qeyd edək ki, eyni zamanda bu kimi kitab oxuma proqramı Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə Zaqatala rayonunda 50 gənc arasında da həyata keçirilib.