21.02.12 15:14 ərzində olan dəyişikliklər Yazan Administrator 02.02.12 10:55
Gəncliyə Yardım Fondunun kollektivi Şəhidlər Xiyabanını ziyarət ediblər.
Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun prezidenti cənab Ahmet Tecim başda olmaqla fondun bütün kollektivi Şəhidlər Xiyabanına gələrək 20 yanvar faciəsinin qurbanlarının məzarlarını ziyarət edib, məzarlar üzərinə tər qərənfillər düzüblər.
Qeyd edək ki Fond, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr edilmiş bir sıra tədbirlər də həyata keçirmişdir.