Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF-də “Türk İslam Mədəniyyətində Xeyriyyəçiliyin Əsasları” Adlı Seminar Keçirilib

16 iyun 2019-cu il tarixində Türk İşbirliği və Koordinasiya Agentliyi (TİKA) və Gəncliyə ‎Yardım ‎Fondunun "Bakı Gənclik Akademiyası" layihəsi çərçivəsində İstanbul Sabahattin Zaim Universitetinin müəllimi Dr. Alican Tatlının “Türk İslam…
Davamını oxu...

Gənclər Zərərli Vərdişlərər Qarşı

01-09 mart 2019-cu il tarixlərində dünyanın bir necə ölkəsində Zərərli Vərdişlərə Qarşı Türkiyə Cümhuriyyətinin Yeşilay Federasyonu tərəfindən “Yaşılay həftəsi” keçirildi. Həmin silsiləli təbdirlərdən bir necəsi də ölkəmizdə keçirilmişdir. Beləki Gəncliyə…
Davamını oxu...

Xocallı Məktəbliləri Təltif Edildi

Gəncliyə Yardım Fondu Goranboy rayonunda yerləşən Xocalı şəhəri 1 saylı tam orta məktəbin, bu ilki qəbul və buraxılış imtahanlarında yüksək nəticə əldə etmiş 5 şagirdə təşəkkürnamə və pul mükafatı verib.…
Davamını oxu...

GYF SOS Uşaq Kəndlərində Xeyriyyə Tədbiri Keçirib

SOS Uşaq Kəndləri Gəncə Filialının ehtiyacvına uyğun olaraq Gəncliyə Yardım Fondu SOS Uşaq Kəndləri Gəncə Fillialında yaşayan 19 nəfər uşağı sünnət etdirib. 31 may tarxində baş tutan xeyriyyə tədbirindən sonra…
Davamını oxu...

Bakıda Çanaqqala Şəhidləri Yad Edildi

Çanaqqala zəfərinin 104-cü il dönümü münasibətilə Bakıda türk şəhidliyi abidəsi ziyarət olunub.

Türkiyə Cümhuriyyəti Bakı Böyük Elçiliyinin əməkadaşlarının, Türk iş adamlarının və mətbuat nümayəndələrinin olduğu ziyarətdə Gəncliyə Yardım Fondunun rəhbərliyi də iştirak edib. 

Əvvəlcə abidə önünə əklil qoyulub. Daha sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxışında Çanaqqalada şəhid olmuş vətən oğullarınının şücaətindən danışıb və onları rəhmətlə anıb. Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin olduğu şəhidlər xiyabanı ziyarət edilib, qəbirlər üzərinə qərənfillər düzülüb.

Qeyd edək ki, Çanaqqala müharibəsi — Birinci dünya müharibəsi əsnasında 1915-1916-ci illər arasında Osmanlı dövləti ilə Antanta dövlətləri (İngiltərə, Fransa, Anzaklar) arasında baş vermişdir. İttifaq dövlətləri Osmanlı dövlətinin paytaxtı İstanbulu alaraq boğazların idarəsini ələ keçirmək, Rusiya ilə etibarlı qida və hərbi ticarət yolu açmaq, alman müttəfiqlərindən birini zəiflətmək məqsədi ilə ilk hədəf olaraq Çanaqqala boğazına girmişdir. Ancaq hücumları müvəffəqiyyətsiz olmuş və iki tərəfin də çox ağır itkilər verməsiylə ittifaq dövlətləri geri çəkilmişdir. Bu döyüş məhv olma vəziyyətində olan bir ölkənin möhtəşəm qələbəsi kimi olaraq əfsanələşmiş, hər vətəndaşın xatirəsində qalmışdır. Bir millətin gücünü ortaya çıxararaq nələr edə biləcəyini göstərmiş bu döyüş Türk Qurtuluş Savaşına da təsir etmişdir. Türkiyə Cümhuriyyəti qurulduqdan sonra ingilis və fransız donanmalarının geri çəkilməyə məcbur edildiyi gün, yəni 18 mart Çanaqqala Şəhidlərini Anma Günü olaraq elan edilmişdir.