Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF Ehtiyac Sahibi Ailələrin Qurban Paylarını Ünvanlarına Çatdırdı

Dövlət tərəfindən builki Qurban Bayramı kəsimləri ilə əlaqədar olaraq müəyyən edilmiş karantin günlərinin bütün şərtlərinə, o cümlədən maska, məsafə və təmizlik qaydalarına ciddi şəkildə riayət edilərək Gəncliyə Yardım Fondu tərəfindən…
Davamını oxu...

KKTC-nin Təmsilçisi Ufuk Turganer GYF-nin Qonağı olub

Şimali Kipr Türk Respublikasının Azərbaycandakı təmsilçisi Ufuk Turganer və təhsil və mədəniyyət attaşesi Tevfik Ulual Gəncliyə Yardım Fondunu ‎ziyarət ‎edib.   Ziyarət əsnasında qonaqlar, Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim və…
Davamını oxu...

GYF Rəhbərliyi İstanbulda Qarabağa və Ordumuza Dəstək Yürüşündə İştirak Edib

Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribatlarına etiraz əlaməti olaraq, iyulun 19-da İstanbulda Azərbaycan dövlətinə və ordusuna dəstək yürüşü keçirilib. Yürüşdə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet…
Davamını oxu...

GYF-dən Növbəti Xeyirxah Addım

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti karantin dövrünün tələblərinə ciddi riayət etmək şərti ilə   Bakı şəhəri, Yasamal rayonunda  yaşayan yerimə əngəlli  Bağırov Ramazanı yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları ehtiyac sahibi…
Davamını oxu...

‎“Sabahlara Ümid Ol” Layihəsinin İcrasına Başlanıldı

Bu gün Gəncliyə Yardım Fondunun builki XVI Xeyriyyə sərgisinin həsr olunduğu “Sabahlara Ümid ‎Ol” layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində yetim, şəhid övladları və ehtiyac sahibi ailələrin ‎uşaqlarına geyimlər təqdim olunur. İlk müraciətlərə isə Cocuq Mərcanlıdan başlanılıb.
 Belə ki, Gəncliyə ‎Yardım Fondunun nümayəndələri Cocuq Mərcanlını ziyarət edib və əvvəlcədən edilmiş müraciətlərə ‎əsasən  burada təhsil alan 39 ibtidai sinif şagirdinə öz ölçülərinə uyğun olaraq geyim hədiyyələri təqdim ‎edilib. 5-11 sinif şagirdlərinə isə Fond nümayəndələri vətənpərvərlik mövzusunda yazılmış bir-birindən ‎maraqlı kitablar və qeyd dəftərləri hədiyyə edib.
 Şagirdələrlə görüşdə Gəncliyə Yardım Fondunun vitse-‎prezidenti Salman Əliyev və baş mühasib Namiq Sərdarlı şagirdləri qarşıdan gələn Novruz bayramı ‎münasibəti ilə təbrik edib və onlara dərslərində uğurlar arzulayıblar. Məktəb rəhbərliyi, müəllimlər və ‎şagirdlər də öz növbələrində Gəncliyə Yardım Fondunun bu kimi xeyriyyə fəaliyyətlərini yüksək ‎qiymətləndirib və hər zaman onları yad etdikləri üçün təşəkkür ediblər.  ‎
Qeyd edək ki, builki Azərbaycan və Türkiyə xanımlarının birgə əməyinin bəhrəsi olan XVI  xeyriyyə ‎sərgisindən əldə olunan vəsaitin Gəncliyə Yardım Fondunun “Sabahlara Ümid Ol” və “Kitabın İşığın Olsun!” ‎layihələrinə xərclənməsi nəzərdə tutulmuşdur. “Sabahlara Ümid Ol” layihəsi çərçivəsində yetim, şəhid ‎övladları və ehtiyac sahibi ailələrin uşaqlarına geyim yardımı ediləcək,  “Kitabın İşığın Olsun!” lahiyəsi ‎çərçivəsində isə görmə məhdudiyyətli uşaqlar üçün ehtiyac duyulan Baray əlifbasında kitablar çap edilib ‎onların istifadəsinə veriləcəkdir. ‎