Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF Sərhəd Bölgəsindəki İnsanlarımızı Unutmadı

Gəncliyə Yardım Fondu Tərtər rayonunda düşmənlə sərhəd ərazilərdə  yaşayan 500 ailəyə qida yardımı paylayıb. Fondun əməkdaşları ehtiyac sahibi ailələrin mənzillərini ziyarət edib və onlara Ramazan sovqatları çatdırıb. Rayon icra nümayəndələrinin…
Davamını oxu...

GYF Növbəti Bir Ailəni də Sevindiri

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti mübarək Ramazan ayı günlərində  Ağdaş şəhərində yaşayan hipodinsiv işemik insult xəstəsi olan yerimə əngəlli  Kərimov Əziz İsa oğlunu  yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları ehtiyac…
Davamını oxu...

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Gəncliyə Yardım Fonduna Təşəkkür Məktubu Ünvanlayıb

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov tərəfindən ünvanlanan məktubda Gəncliyə Yardım Fondunun karantin dövründə tənha və kimsəsiz ahıllara yardım məqsədi ilə həyata keçirdiyi xeyriyyə kampaniyasına görə fond…
Davamını oxu...

GYF Aziz Mahmud Hüdayi Vəqfi ilə Birlikdə 1000-dən Artıq Ailəyə Ramazan Sovqatı Paylayıb

Gəncliyə Yardım Fondu Türkiyənin Aziz Mahmud Hüdayi Vəqfinin dəstəyi ilə mübarək Ramazan ayının başlaması və korona virusun səbəb olduğu karantin günlərində 65 yaşından yuxarı ehtiyac sahibi ailələrə qıda paketi yardımları…
Davamını oxu...

GYF Rəhbərliyi “Heydər Əliyev Müstəqil Azərbaycanın Memarıdır” ‎Mövzusunda Keçirilən Elmi-praktik Konfransda İştirak Edib

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) iclas zalında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan ”Heydər Əliyev Müstəqil Azərbaycanın Memarıdır” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və vitse-prezident Salman Əliyev də iştirak edib.

Əvvəlcə Ulu Öndərin gənclərə qayğısından bəhs edən video-çarx nümayiş etdirilib.

 Paytaxt gənclərinin bütün zümrələrini əhatə edən gənclərin nümayəndələri, Bakı şəhər idarələrinin, bir sıra ali təhsil müəssisələrinin rəhbərləri, tanınmış idmançıların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən elmi-praktik konfransıda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov Azərbaycanın inkişafı və bütün dünyada tanınmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən, eləcə də onun gənclərə göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb.

  Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev ulu öndər Heydər Əliyev tərəfindən bünövrəsi qoyulan gənclər siyasətinin uğurlarından danışıb.

 Gənclər və İdman nazirinin müavini İntiqam Babayev bildirib ki, Azərbaycanda dövlət gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin dövlət qulluğunda məsul vəzifələrdə iştirakını təmin etmək, aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə ölkə rəhbərliyi bütün lazımi tədbirləri həyata keçirir.

 Daha sonra elmi-praktik konfransın məruzələri dinlənilib.

 Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsinin II kurs tələbəsi Ayşən Bayramova konfrans iştirakçılarının bəyanatını oxuyub.

 Konfransın sonunda tədbirdə çıxış edən və müxtəlif sahələr üzrə məruzələr hazırlamış digər gənclərin işlərinin kitab şəklidə çap olunması qərara alınıb.