Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

2000 Ehtiyac Sahibi Ailəyə Ərzaq Yardımı Paylanıb

Gəncliyə Yardım Fondu Türk İşbirliyi və Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı ilə baş tutan 2000 ehtiyac sahibi ailəyə yardım kampaniyasında yaxından iştirak edib.  Türk İşbirliyi və Koordinasiya Agentliyi (TİKA), Azərbaycan Qızıl…
Davamını oxu...

Gəncliyə Yardım Fondu Ehtiyac Sahibi Yaşlı İnsanlara Yardım Edib

Gəncliyə Yardım Fondu “Biz Birlikdə Güclüyük” şüarı altında Bakı şəhərində yaşayan 65 yaşından yuxarı ehtiyac sahibi böyüklərimizə qida paketi və təmizlik ləvazimatları paylayıb. Dünyada yayılmış koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının…
Davamını oxu...

Gəncliyə Yardım Fondu Koronavirusla Mübarizəyə Dəstək Fonduna İanə Köçürüb

Gəncliyə Yardım Fondu (GYF) Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılan…
Davamını oxu...

GYF Onları Öz Ünvanlarında Sevindirdi

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti  Yevlax Rayonunda yaşayan və əlilliyi olan Aybəniz Cəfərovanı və Qarabağ qazisi Tovuz Şəhər sakini Beybudov Telman Musa oğlunu  yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları hər…
Davamını oxu...

GYF-də Xeyriyyəçilik Ənənəsi Sərhəd Tanımır

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti  Qəbələ rayonu, Həmzəli kəndində yaşayan və əlillliyi olan 53 yaşlı Rəşidov İnqilab Vahid  oğlunu  yaşadığı ünvanda ziyarət edib.‎

Ziyarət zamanı sağlamlıq imkanı məhdud  olan 53 yaşlı Rəşidov İnqilab Vahid  oğluna  əlil  arabası  təqdim edilib. ‎Məlum olub ki, İnqilab bəyin bədən hərkətləri demək olar ki, tamamilə məhdud olduğuna görə əlil arabası olmadan bir yerə hərək etməyə çətinlik çəkir. 

Ailəsinin ‎dediyinə görə Fond tərəfindən ona təqdim edilən əlil rabası onun həyatında yeni səhifə açıb. Təqdimetmə ‎zamanı Gəncliyə Yardım Fondunun nümayəndələri iştirak edib. Ailəyə fondun xeyriyyə fəaliyyətləri ‎haqqında qısa məlumat verilib.‎

Ailə üzvləri də  öz növbəsində Gəncliyə Yardım Fondunun onlara göstərdiyi diqqət və qayğıya görə ‎minnətdarlıq bildirib.‎

Qeyd edək ki, il ərzində Gəncliyə Yardım Fonduna ehtiyac sahibi ailələr tərəfindən edilən müraciətlərə ‎operativ şəkildə baxılır və xüsusi nəzarət-təftiş komissiyasının rəyindən sonra ailələrə imkan daxilində ‎yardımlar göstərilir.‎