Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF Qarabağ Qazisinə Dəstək Oldu

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti  Ağdaş rayonu, Əmirmahmud kəndində yaşayan və 1-ci qrup Qarabağ əlili, həmçinin şəhid qardaşı olan 54 yaşlı Həşimov Füzuli Yusif  oğlunu  yaşadığı ünvanda ziyarət edib.‎
Davamını oxu...

GYF Kollektivi Şəhidlər Xiyabanını Ziyarət Edib

Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun Prezidenti cənab Ahmet Tecim başda olmaqla fondun bütün kollektivi Şəhidlər Xiyabanına gələrək 20 yanvar faciəsinin qurbanlarının məzarlarını ziyarət edib, məzarlar üzərinə tər qərənfillər düzüblər.
Davamını oxu...

20 Yanvar Faciəsinə Həsr Olunmuş İnşa Yazı Müsabiqəsinin Qalibləri Mükafatlandırıldı‎

Bu gün Gəncliyə Yardım Fondu və Bakı şəhər Gənclər və İdman Baş İdarəsi  tərəfindən 20 yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş mərasimlə bağlı konfrans və Bakı şəhər orta ümumtəhsil məktəblərinin…
Davamını oxu...

GYF-də 20 Yanvar Şəhid Ailələri İlə Görüş Keçirilib

Bu gün Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında 20 yanvar şəhid ailələri ilə görüş  keçirilib. “20 Yanvar-Hüzn və Milli Qürur Günü” adı altında baş tutan tədbirdə iştirak…
Davamını oxu...

Tahir İmanov GYF-də Gənclərlə Görüşdü

Bu gün Türk İşbirliği və Koordinasiya Agentliyi (TİKA) və Gəncliyə ‎Yardım ‎Fondunun "Bakı Gənclik Akademiyası" layihəsi çərçivəsində Azərbaycanın əməkdar artisti, aktyor Tahir İmanovun gənclərlə səmimi görüşü baş tutub. ‎Tədbirdə Gəncliyə ‎Yardım ‎Fondunun əmkdaşları və Bakı ‎Gənclik ‎Akademiyasının tələbələri iştirak edib.

Bakı İstedadlı Gənclər Akademiyasının koordinatoru ‎Vəfadar Babayev ‎seminarı açıq elan edərək tələbələrə qonaq haqqında ‎məlumat ‎verib.
Gəncliyə ‎Yardım ‎Fondunun təhsil koordinatoru Rüfət Şirinov qonağı salamlayaraq dəvəti qəbul edib gənclərlə görüşə gəldiyi və öz dəyərli məsləhətlərini onlarla bölüşdüyü üçün təşəkkür edib.
Azərbaycanın əməkdar artisti, aktyor Tahir İmanov da öz növbəsində sənət və sənətkarlıq, gülüş obyekti olaraq insan, təbəsssümün yaratdığı positiv enerji və digər mövzularda gənclərə bir-birindən maraqlı məlumatlar verib. Daha sonra qonaq tələbələrin suallarını ‎cavablandırıb.
Sonda isə qonağa xatirə hədiyyəsi təqdim edilib və xatirə şəkli çəkilib.