Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF Nümayəndələri Virtual Qarabağ Portalının Təqdimat Mərasimində İştirak Edib

“Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları (İKT) Mərkəzi öz portalının (www.virtualkarabakh.az) yeni versiyasını təqdim edib. Portalın təqdimat mərasimi “Holiday Inn Baku Hotel”də baş tutub. Təqdimat mərasimində dövlət rəsmiləri, millət vəkilləri…
Davamını oxu...

Gəncliyə Yardım Fonduna Fəxri Fərman Təqdim Edildi

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunlarında 18 oktyabr-Azərbaycanın Dövlət Müstəqillik gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Bakı Şəhər Gənclər və İdman…
Davamını oxu...

Türk Tələbələr GYF-də Bir Araya Gəldi

Bu gün Türkiyə Cümhuriyyəti Bakı Böyükelçiliyinin təhsil müşaviri Mahmut Ağırmanın dəvəti ilə Azərbaycanda fərqli universitetlərdə  təhsil alan və sosial fəaliyyətlərdə aktiv olan türk tələbələr Gəncliyə Yardım Fondunda bir araya gəlib.…
Davamını oxu...

Rizənin Ardeşen Bələdiyyəsinin Nümayəndə Heyəti GYF-nin qonağı olub

Bu gün Azərbaycanda səfərdə olan Türkiyə Cümhuriyyətindən gəlmiş Rize/Ardeşen Bələdiyyəsinin sədri Hakan Gültekinin rəhbərlik etdiyi nümayəndə heyəti Gəncliyə Yardım Fondunun qonağı olub. Qonaqlar Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim və…
Davamını oxu...

Gəncliyə Yardım Fondu 23.04.2012 tarixində 101 uşağı sevindirəcək

     Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu artıq xeyriyyəçilik fəaliyyətləri ilə ad çıxarmış, bu günə kimi humanitar yardım, təhsilə dəstək, qaçqın və məcburi köçkünlərə, şəhid ailələrinə və aztəminatlı ailələrə köməklik kimi fəaliyyətləri ilə hər zaman xalqımıza öz maddi-mənəvi dəstəyini göstərmişdir. 

Fondun, qurulduğu gündən etibarən fəaliyyətlərinin mərkəzindəki əsas düşüncə imkansızlara, ehtiyac sahiblərinə yardım göstərmək olmuşdur. Bu mənada tez-tez yardım kampaniyaları təşkil olunur və bu fəaliyyətlər geniş bir sahədə davam etdirilir. 

      Bir insanı sevindirməyin nə qədər dəyərli bir əməl olduğunu hər birimiz çox yaxşı bilirik. İnsanları sevmək, onlara qayğı göstərmək, ən   onların dərdlərinə şərik olmaq, bununla yanaşı öz yurd-yuvalarından didərgin düşmüş soydaşlarımıza, onların timsalında imkansız ailələrə imkanımızın çatdığı qədər yardımların edilməsi ən azından insanlıq və vətəndaşlıq borcumuzdur. Bu ülvi qayəni qarşısına məqsəd qoyan Gəncliyə Yardım Fondu bu işdə hər kəsi birliyə və həmrəyliyə dəvət edir.

     İllərdir uşaqlarla yaxından dostluq edən və onlara hər zaman qayğı göstərən Gəncliyə Yardım Fondu ənənəvi olaraq, aztəminatlı, eləcə də qaçqın və məcburi köçkün ailələrinin uşaqları üçün bayram şənlikləri keçirir, onlara sovqatlar aparır, məktəb ləvazimatları ilə təmin edir.

     Bu ülvi qayəni qarşısına məqsəd qoyan Gəncliyə Yardım Fondu 23 Aprel-Uşaq Bayramı münasibətilə yetim və kimsəsiz uşaqlarla görüş keçirməyi planlaşdırır. Görüş əsnasında Bakı şəhərində yaşayan, 6-12 yaşlarında olan 101 yetim və kimsəsiz uşağa istədikləri hədiyyələr təqdim ediləcəkdir.

     Qeyd edək ki, bu layihə Gəncliyə Yardım Fondunun tərkibində “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə 07 mart  2012-ci il  tarixində keçirilən “Azərbaycanlı və Türkiyəli xanımların əl işləri Xeyriyyə Sərgisi” dən əldə olunan vəsait əsasında həyata keçirilir.

     Tədbir 23 Aprel 2012-ci il, saat 12:00-da Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun Konfrans zalında (Ünvan: Bakı şəh, Cəfərov qardaşları küç., 16, İçəri Şəhər metrosu, Təzə Bəy hamamının yaxınlığında ) keçiriləcəkdir.