Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF Sərhəd Bölgəsindəki İnsanlarımızı Unutmadı

Gəncliyə Yardım Fondu Tərtər rayonunda düşmənlə sərhəd ərazilərdə  yaşayan 500 ailəyə qida yardımı paylayıb. Fondun əməkdaşları ehtiyac sahibi ailələrin mənzillərini ziyarət edib və onlara Ramazan sovqatları çatdırıb. Rayon icra nümayəndələrinin…
Davamını oxu...

GYF Növbəti Bir Ailəni də Sevindiri

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti mübarək Ramazan ayı günlərində  Ağdaş şəhərində yaşayan hipodinsiv işemik insult xəstəsi olan yerimə əngəlli  Kərimov Əziz İsa oğlunu  yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları ehtiyac…
Davamını oxu...

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Gəncliyə Yardım Fonduna Təşəkkür Məktubu Ünvanlayıb

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov tərəfindən ünvanlanan məktubda Gəncliyə Yardım Fondunun karantin dövründə tənha və kimsəsiz ahıllara yardım məqsədi ilə həyata keçirdiyi xeyriyyə kampaniyasına görə fond…
Davamını oxu...

GYF Aziz Mahmud Hüdayi Vəqfi ilə Birlikdə 1000-dən Artıq Ailəyə Ramazan Sovqatı Paylayıb

Gəncliyə Yardım Fondu Türkiyənin Aziz Mahmud Hüdayi Vəqfinin dəstəyi ilə mübarək Ramazan ayının başlaması və korona virusun səbəb olduğu karantin günlərində 65 yaşından yuxarı ehtiyac sahibi ailələrə qıda paketi yardımları…
Davamını oxu...

Afrika nümayəndə heyəti “GYF” nin qonağı olub

23-29 sentyabr  tarixləri arası Azərbaycanın Misirdəki səfirliyi, Afrika İttifaqı yanında müşahidə missiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Afrika İttifaqının rəhbərliyi altında Afrika dövlətlərinin gənc mütəxəssislərinin ölkəmizə səfəri baş tutub.

Səfər çərçivəsində Afrika İttifaqı Komissiyasının əməkdaşları və Efiopiya, Kamerun, Misir, Benin, Svazilend, Keniya, Sudan, Nigeriya, Qabon, Mozambik və s. ölkələrin nümayəndələri Gəncliyə Yardım Fondunun nümayəndələri ilə görüşüblər.

Görüşdə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qonaqları salamlayaraq fondun fəaliyyəti, strukturu,  baş tutan layihələr və gələcəkdə görüləcək işlər haqda ətraflı məlumat verib.

Gəncliyə Yardım Fondunun beynəlxalq tədbirlərdə müntəzəm iştirakını vurğulayan Ahmet Tecim  xarici ölkə gəncləri ilə əməkdaşlıq və ortaq layihələrdən söhbət açıb.

Daha sonra Afrika nümayəndə heyətinin rəhbəri xanım Ngvenya öz təşkilatları barədə məlumat verib.  Xanım Ngvenya əməkdaşlıq istiqamətlərindən danışaraq gələcəkdə Gəncliyə Yardım fondu  ilə ortaq layihələrin həyata keçirilməsindən məmnun olacaqlarını bildirib. 

Görüş qarşılıqlı diskussiya şəklində davam edib, birgə əməkdaşlıq çərçivəsində görüləcək layihələr müzakirə olunub və qonaqları maraqlandıran suallar cavablandırılıb.