|
20.05.19 11:12 ərzində olan dəyişikliklər Yazan Administrator 17.05.19 12:02
Gəncliyə Yardım Fondunda QHT-sədr və nümayəndələri üçün iftar süfrəsi açılıb. Tədbirdə 140-dan artıq QHT nümayəndəsi iştirak edib. Tədbir müqəddəs Qurani-Kərimdən ayələrin tilavəti ilə başlayıb. Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim qonaqları salamlayaraq Ramazan ayı münasibətilə hər kəsi təbrik edib. O öz çıxışında bu gözəl günlərin dostlar arasındakı münasibətlərin günclənməsinə vəsilə olacağına inandığını vurğulayıb.
16.05.19 13:10 ərzində olan dəyişikliklər Yazan Administrator 16.05.19 12:30
15.05.2019-cu il tarixində Gəncliyə Yardım Fondu Əziz Mahmud Hüdayi Vəqfinin dəstəyi və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə cəbhə bölgələrindən olan Ağdam rayonunun Quzanlı qəsəbəsində iftar süfrəsi təşkil edib. İftar süfrəsində Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Gəncliyə Yardım Fondunun əməkdaşları, rayon sakinləri və hərbiçilər iştirak edib.
15.05.19 14:11 ərzində olan dəyişikliklər Yazan Administrator 13.05.19 14:21
Gəncliyə Yardım Fondunun konfrans zalında Aziz Mahmut Hüdayi Vəqfinin dəstəyi ilə fond tərəfindən təşkil olunmuş şəhid və qazi ailələrinə iftar süfrəsi açılıb. İftar programında şəhid ailələri ilə birlikdə tələbələr və imkansız ailələr də iştirak edib. Program Müqəddəs Qurani-Kərimdən ayələrin tilavəti ilə başlayıb. Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim mübarək Ramazan ayında belə bir iftar süfrəsi ətrafında olduğu üçün öz məmnunluğunu bildirib və tezlkilə işğal altında olan Qarabağ torpaqlarında iftar süfrələrinin açılmasını Uca Allahdan təmənni edib.
Yazan Administrator 10.05.19 18:52
Gəncliyə Yardım Fondunun nümayəndə heyəti Qəbələ rayonu Mıxlıqovaq kəndində bədən hərəkət qabiliyyəti olmayan Şirinova Gülnar Ramin qızını yaşadığı ünvanda ziyarət edib.
Ziyarət zamanı sağlamlıq imkanı məhdud olan Şirinova Gülnar Ramin qızına əlil arabası təqdim edilib. Məlum olub ki, Gülnar balanın bədən hərkətləri demək olar ki, tamamilə məhdud olduğuna görə əlil arabası olmadan bir yerə hərək etməyə çətinlik çəkir. Ailəsinin dediyinə görə Fond tərəfindən ona təqdim edilən əlil rabası onun həyatında yeni səhifə açıb. Təqdimetmə zamanı Gəncliyə Yardım Fondunun nümayəndələri iştirak edib. Ailəyə fondun xeyriyyə fəaliyyətləri haqqında qısa məlumat verilib.
08.05.19 18:08 ərzində olan dəyişikliklər Yazan Administrator 08.05.19 17:50
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maddi dəstəyi ilə Gəncliyə Yardım Fondu “Radikalizmin Qurbanı Olma!” layihəsinin icrasına başlayıb. Layihənin davamı olaraq Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İşlətmə Fakultəsinin tələbələrinə maarifləndirmə seminarı keçirilib. Təşkil edilən seminarda universitetin müəllim heyəti və tələbələri iştirak edib.
Səhifə 10 > 29-dəan