Sosial Fəaliyyətlər BİGA-da “Milli Texnologiya Həmləsi” Adlı Seminar Keçirilib

BİGA-da “Milli Texnologiya Həmləsi” Adlı Seminar Keçirilib

13

Bu gün Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə T3 Vəqfinin Azərbaycan nümayəndəsi, Bilim Bakı” Mərkəzinin rəhbəri Ahmet Kösenin təqimatında “Milli Texnologiya Həmləsi” adlı seminar keçirilib.

Bakı İstedadlı Gənclər Akademiyasının koordinatoru Şahalı Cəlilov əvvəlcə qonağa Akademiyanın məqsəd və fəaliyyətindən bəhs edib, daha sonra iştirakçılara qonaq haqqında ətraflı məlumat verib.

Bilim Bakı” Mərkəzinin rəhbəri Ahmet Köse gənclərə milli texnologiya həmləsinin həyata keçirilməsində gənclərin şəbəkələşməsinin və bu istiqamətdə layihələrinin icrasının vacibliyindən bəhs edib. Daha sonra müvafiq mövzu ətrafında müzakirə aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Seminarın sonunda Bakı İstedadlı Gənclər Akademiyası tərəfindən qonağa xatirə hədiyəsi təqdim edilib.