|
24.12.20 13:42 ərzində olan dəyişikliklər Yazan Administrator 24.12.20 13:02
Gəncliyə Yardım Fondunun nümayəndə heyəti II Qarabağ müharibəsi qazisi Ələkbərli Qurban Nərman oğlunu hazırda yaşadığı ünvanda ziyarət edib. Qeyd edək ki, Qurban Ələkbərli Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşərək qəlpə yarası alıb. Qazimizin ailəsinin ehtiyacları nəzərə alınaraq Fond tərəfindən ailəyə qida paketi yardımı təqdim edilib.
15.12.20 13:37 ərzində olan dəyişikliklər Yazan Administrator 15.12.20 12:45
Gəncliyə Yardım Fondunun nümyəndələri Göyçaydan olan şəhidlərimizin ailələrini ziyarət edib. Şəhid yaxınları ilə görüşən Fond nümayəndələri vətənimizin azdalığı uğrunda canlarından keçən vətən övladlarına hər birimizin borclu olduğunu qeyd ediblər. Qürur yerimiz olan hər bir şəhidimizin adına hazırlanmış içərisində Müqəddəs Qurani-Kərim ilə birlikdə Azərbaycan və Türkiyə Bayraqları olan xatirə qutusu şəhid yaxınlarına təqdim edilib.
02.12.20 11:46 ərzində olan dəyişikliklər Yazan Administrator 02.12.20 11:31
Gəncliyə Yardım Fondu Vətən Müaribəsində iştirak edən və torpaqlarımızın işğaldan azad edilməsi yolunda şirin canlarından keçən şəhidlərimizin ailələrini ziyarət edir. Bu ziyarətlər əsnasında şəhid ailələri ilə söhbətlər aparılır, hər bir şəhidimizin adına hazırlanmış içərisində Müqəddəs Qurani-Kərim ilə birlikdə Azərbaycan və Türkiyə Bayraqları olan xatirə qutusu, maddi yardım və qida paketləri təqdim edilir. İlkin mərhələdə Zaqatala, Qax, Balakən, Saatlı, Sabirabad, Kürdəmir və Bakı Şəhərindən olan şəhid ailələri ziyarət edilib. Bu ziyarətlər bundan sonra da davam edəcək və bütün şəhidlərimizin ailələrinə baş çəkiləcəkdir.
30.11.20 11:58 ərzində olan dəyişikliklər Yazan Administrator 30.11.20 11:40
Yazan Administrator 20.11.20 16:55
Gəncliyə Yardım Fondu 27 sentyabr 2020-ci il tarixndən başlayaraq 44 günlük Vətən Müharibəsində düşmənə qarşı şücaətlə döyüşən və torpaqlarımızın işğaldan azad edilməsində yaxından iştirak edərək vətən yolunda canından keçən şəhid əsgərlərimizin ailələrinə humanitar yardıma başlayıb. Hazırlanan ərzaq bağlamları Fondun nümayəndələri tərəfindən şəhid ailələri ziyarət edilərək onlara öz ünvanlarında təqdim ediləcək.
Səhifə 2 > 29-dəan